Atalar mütləq oxusun!
- Gözləntilərini uşağa yükləmək
Atanın öz gözləntilərini övladlarına yükləməsi onların məqsəd və istəklərindən uzaqlaşmasına səbəb olur. - Alçaltmaq
Övladını başqalarının yanında alçaltmaq onun özünə olan güvənini aşağı salır və bu öyrənmə istəyini azaldır. - Davamlı tənqid etmək
Hər şeyə tənqidi yanaşanda uşaq özünə qarşı güvənini itirir. “Mən uğursuzam” qəlibinə girərək bacarıqsız olduğuna inanır və səhvlərini düzəltməyə cəhd göstərmir. - Şiddət və aqressiya
Təzyiq göstərmək və ya döymək uşağın zəka inkişafının ləngiməsinə və ciddi travmalar almasına səbəb olur. - Laqeydlik
Uşağa lazımi qədər diqqət göstərməmək onun hisslərinə, mənəvi ehtiyaclarına dəyər verməmək şəxsiyyətinin formalaşmasına mənfi təsir edir.
Oxunub: 1,407