Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Psixoloji olaraq sağlam olmaq hər kəsin istəyidir“ -psixoloq danışdı

“Son illərdə ən çox sual verilən mövzular sırasında yəqin ki, stress və ondan qurtulmağın yolları haqqındakı suallar ilk sıradadır. Psixoloji olaraq sağlam olmaq, stressli olmamaq yəqin ki, hər kəsin istəyidir. Ancaq bu həmişə belə olmaya bilir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, iş həyatı və digər qayğılar insanlarda həyəcan-təşviş, gərginlik kimi problemlər yaradır: Bunlar da öz növbəsində insan psixikasına müəyyən dərəcədə təsir edir. Burada əsas məsələ stresin tamamilə aradan qaldırılması deyil, stressin idarə olunması və ona yanaşma üsuludur. Çünki insan var olduqca problemlər və stess də olur, onları tamamilə aradan qaldırmaq qeyri-mümkündür. Problemsiz insan yoxdur, əsas məsələ insanın o problemə yanaşma üsulu və həll yolu tapmasıdır. Biz texnologiya əsrində, informasiya çoxluğu şəraitində yaşayırıq. Bəzən insanlar o qədər informasiya ilə yüklənir ki, bu faktor da onun əhavli-ruhiyyəsinin dəyişməsinə, stressə düşməsinə səbəb ola bilir.

Qeyd etməliyəm ki, psixoloji vəziyyət insanın fiziki sağlamlığına nəzərə çarpacaq dərəcədə təsir göstərir. Fiziki sağlamlığımızın olduğu kimi, psixi saxlamlığımızın da keşiyində durmalıyıq. Psixoloji cəhətdən gərgin, əsəbi olan biri stress yaşayır və həyəcanlı olur. Ümumiyyətlə, stress insanın fiziki sağlamlığına mənfi təsir göstərir. Burada əsas məqamlardan biri də insanların duyğularını kontrol edə bilməsidir. Bunu edə bilən, yəni sağlam şəkildə duyğularını idarə edən, insanlar öz qorxu və stresslərini də müəyyən mənada korreksiya edə bilər. Ehtiyac yaranarsa belə hallarda mütləq psixoloq dəstəyi alınmalıdır. Psixoloqun köməyi ilə terapiyalar müddətində stressin, əsəbin idarə edilməsi və s. kimi halları tənzimləmək və zamanla müəyyən bir normaya salmaq mümükündür. Əks halda, yəni bu hallar korreksiya edilmədikdə belə insanlarda həyatlarının növbəti mərhələlərində bir çox problemlər yarana bilər ki, bunlar da öz növbəsində iş həyatına, ailə həyatına təsir edə bilər”.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!