“Cizgi filmlərin uşaq psixologiyasına təsiri”- araşdırma

Övladlarımızın intellektuallığı və savadlılığı hər birimiz üçün çox vacibdir. Uşaqların dünyagörüşünün formalaşmasına təsir edən faktorlardan biri də məhz cizgi filmləridir. Onlar personajların gerçək və ya xəyali olduğunu anlaya bilmir və onlar kimi davranmağa çalışırlar. Bu xüsusiyyətinə görə yaxşı qiymətləndirilməyən cizgi filmləri uşaqlarda mənfi davranışlara səbəb olur.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

“Xüsusən cizgi film seçilərkən onun məzmununa diqqət edilməli, cizgi filmi aydın süjet xəttinə xalik olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, biz böyüklərdən fərqli olaraq uşaqların özlərini ifadə etmə bacarıqları tam formalaşmadığı üçün, xəyal dünyaları geniş olduğu və hadisələri tam şəkildə qavraya bilmədiklərinə görə onlarda qorxuları ilə mübarizə çətin olur və onlar öz qorxularının öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Belə ki, bizə olunan müraciətlər arasında uşaqların cigi  film qəhrəmanlarından qorxması, müəyyən müddət baxdığı cizgi filminə orda hansısa personajdan təsirləndiyi üçün sonra baxa bilməməsi və s. hallar olur. Hətta bir çox hallarda cizgi filmdəki obrazları sevən, onun oyuncaqlarını alan və özlərini onlara bənzətmək istəyən uşaqlar da olur. Bəs buna səbəb nədir? Valideynlər bu məsələdə hansı məqamda səhvə yol verirlər? Ümumiyyətlə bildirmək lazımdır ki, həddən artıq qoruyucu ailələrdə böyüyən, şiddət görən və ya valideynlərinin özü qorxan, hər şeydən çəkinəndirsə belə uşaqlarda qorxulara daha çox təsadüf olunur. Qeyd etməliyəm ki, 7 yaşına qədər uşaqların psixikası nisbətən həssas, təxəyyülləri yüksək olduğuna görə, gördüyü hər şeyi özünə rol modeli olaraq götürür və təkrarlamağa səy göstərir. Məsələn: az öncə qeyd etdiyim qorxaq ana-atanın uşaqları rol model kimi öz valideynlərini götürəcək.  Artıq 10-12 yaşından sonra uşaqlar reallıqla qeyri-reallığı ayırd edə bilirlər. Ona görə də 3-7 yaş qrupu bu baxımdan ən riskli yaş dönəmlərindən biridir.

Cizgi film izləmək ümumilikdə uşaqlar üçün pis hal hesab edilməməlidir. Çünki cizgi filmləri uşaqların özünü və ətraf aləmi dərk etməsində rol oynayan ünsürlərdən biridir. Ancaq günün çox saatını deyil, müəyyən saatlarını cizgi film  izləmək onlar üçün zərərli deyil. Təbii ki, burda valideynlər də diqqətli olmalı və nəzarət etməlidirlər. Animasiya filminin uşağın yaşına uyğun olub-olmaması da gözlənilməli məsələrdən biridir. Xüsusən cizgi film seçilərkən onun məzmununa diqqət edilməli, cizgi filmi aydın süjet xəttinə xalik olmalıdır. Belə ki, uşaqların psixologiyasına zərər verə biləcək şiddət məzmumlu, silahlı, döyüş tipli cizgi filmlərinin olmamasına diqqət edilməli və övladlarımızı belə cizgi filmləri izləməkdən çəkindirməliyik.”

https://sia.az/az/news/social/1121739.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!