Sevgisini göstərə bilməyən insanlar

Sevgisini göstərə bilməyən insanlar

Ətrafımızda “sevgimi göstərə bilmirəm, nə edim?” deyən insanlar olur. Hətta bu insanlar bəzən sevgilərini göstərə bilmədiklərindən narahat olur və ya özlərini günahlandırırlar. Əskinə bildirmək lazımdır ki, sevgisini göstərə bilməyən insanaların günahı yoxdur. Çünki, bunu onlara öyrətməyiblər. Bu problem elə insanların böyüyüdüü, doğulduğu evdən başlayır. Uşaq sevgi görmədiyi və ya sevgisini hiss etdirməyən ana-atanın yanında böyüyürsə onun da gələcəkdə belə olması təbii hal hesab edilir. Ancaq, təbii ki, insan bunu dəyişə bilər. Sevgini göstərməyin dilləri çoxdur. Bunlardan biri də toxunmaq və gözəl sözlər deməyi bacarmaqdır. İnsanların hər hansı bir keyfiyyətinə, xarakterinə və ya xarici görünüşünə gözəl sözlər söyləmək də sevgini hiss etdirən anlardandır. Həmçinin, övladımızı oxşamaqla, onu qucaqlayıb öpməkla sevdiyimizi hiss etdirə bilərik.

 Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!