Qazimiz Mübrariz Həsənov oğlu Məhəmməd üçün Narınc Rüstəmovaya müraciət etdi

İkinci Qarabağ müharibəsi qazimiz Mübariz Həsənov 2 yaşlı oğlu üçün bizə müraciət etdi. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, gizir Həsənov Mübariz Əli oğlu aprel döyüşlərində və II Qarabağ müharibəsində iştirak etmiş və bədəninin müxtəlif nahiyələrindən ağır qəlpə yaraları almışdır. Buna baxmayraq qazimiz Şuşaya qədər döyüş yolu yolu keçmiş və qəhrəmanlıq göstərmişdir. Qeyd edək ki, qazimiz Mübariz Həsənov bundan əvvəl 5 yaşlı qızı Qönçə balamızın problemlərinə görə Narınc Rüstəmovaya müraciət etdi. Belə ki, Qönçə balamızda nitq problemləri, həmçinin çəkingənlik var. Qönçə balamızın demək olar ki, nitqi yoxdur və danışa bilmirdi. Artıq bu problemlərin hamısı geridə qaldı. Belə ki,kopleks tersapiyalarımız sayəsində qısa bir zamanda Qönçə balamız danışdı, özünü gözəl bir şəkildə ifadə etməyi bacardı. Artıq Qönçə qızımız məktəbə gedir və sinifin ən çalışqan şagirdlərindən birinə çevrilmişdir.

Bu gün isə qazimiz 2 yaşlı oğlu Məhəmməd balamızın problemləri üçün Narınc Psixologiya mərkəzinə üz tutmuşdur. Belə ki, Məhəmməd balamızın demək olar ki, adına reaksiyası yoxdur, nitqi demək olar ki, yoxdur, danışa bilmir. Eyni zamanda Məhəmməd balada autizm əlmətləri müşahidə olunur. Ancaq, qazimiz zamanında bizə mürzciət etdiyi üçün erkən müdaxilə proqramı ilə Məhəmməd balamızın problemlərinin həll olunmasına kömək edəcəyik. Belə ki, Məhəmməd balamızı mərkəzimizdə müayinə edib ona gözəl bir proqram, kopleks terapiya təyin etdik. Qönçə balamız kimi qardaşı Məhəmməd balamız da qısa bir zamanda problemlərindən qurtulub valideynlərini sevindirəcəkdir.

Uğurlu nəticəmizi bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!