“Depressiyada olan insan sağlam düşünə bilmir” - psixoloq fikri

“Depressiyada olan İnsan sağlam düşünə bilmir” – psixoloq fikri

“Günümüzdə ən aktual poblemlərdən biri də intihara meyilli insanların, xüsusən yeniyetmələrin psixoloji vəziyyətidir. Bu halla rastlaşan, bunu hiss edən valideynlər çox diqqətli olmalıdır. Biz psixoloqlara ünvanlanan suallar içərisində “İntihara daha çox hansı yaş qrupu meyillidir?”, “Bunda psixoloji problemlərin rolu nə qədərdir?” sualı hər zaman üstünlük təşkil edir. Vurğulamaq lazımdır ki, belə məqamlarda ailələr diqqətli olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

İntihara hazırlaşan insanlarda ən çox yaranan fikirlərdən biri də “Mən necə rahat ölə bilərəm?” sualıdır: “Aparılan araşdırmalar göstərir ki, intihar edən insanlara aid sosial şəbəkələrdə, digər hesablarda ən çox axtarılan və izlənilən rahat və ağrısız şəkildə ölümlə bağlı yazılardır.

İntihar üçün risk qrupu, psixoloqların “böhran dönəmi” kimi adlandırdığı 14-15 yaş təşkil edir. Həmçinin stresslə baş edə bilməməyin də sonu intihar halına gedib çıxa bilir. İntihara başqa səbəb olan faktorlar kimi, bioloji, sosioloji və genetik faktorları da götürmək olar. Eyni zamanda depressiv hallar da intihara səbəb ola bilir. Depressiyada olan insan sağlam düşünə bilmir, hər şeydən, hər kəsdən soyuyur, özünə qapanır və nəticədə intihar fikirlərinin yaranmasına gətirib çıxara bilir. İntihara hazırlaşan insanlarda ümidsizlik, çarəsizlik, öz sevdiyi əşyalarını dostuna, qohumuna və s. kiməsə bağışlamaq kimi hallar görülür. Adətən intihar etmək istəyən və ya buna hazırlaşan insanlar ətrafındakı insanlara, ailəsinə, yaxınlarına bununla bağlı mesaj ötürür. Ona görə də, ətrafınızdakı insanlarda, ələlxüsus yeniyetməlik dönəmində olan övladınız ölümlə bağlı fikirlər səsləndirirsə və ya valideynlər bu halla bağlı nələrsə hiss edirlərsə onlarla danışmalı, problemlərini öyrənməlidirlər. Əks halda, yəni məsələ həll edilmirsə mütləq zamanında psixoloq dəstəyi alınmalıdır”.

Müəllif: Səbinə Hüseynli

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!