İsa balamız 3-cü sinifdə oxuyur və Gəncə şəhərində yaşayır. Balamızın qorxuları var. Anası da onunla birlikdə məktəbə gedir, anası yanında olmayanda ağlayır. Bundan başqa tək qalanda, hündür yerə çıxanda çox qorxur və ağlayır. Eyni zamanda İsa balamız hiperaktivdir.
İsa Balamızı nənəsi ilə birlikdə Narınc İnkişaf Mərkəzinə dəvət edərək müxtəlif testlərdən və müayinələrdən keçirdik. Məlum oldu ki, İsa balamızda, həm də, doğuş travması var. Doğulandan sonra bir həftə küvəzdə qalıb. Bütün bunlar da təbii ki ona təsir edib. Balamızın 8 yaşı olsa da zəka yaşı, 3 yaş səviyyəsindədir. Həmçinin, İsada diqqət əskikliyi problemi və ağır fobiyaları var. İsa balamıza 4 aylıq terapiya proqramı təyin etdik. Bundan sonra terapiyalarına Gəncə filialımızda davam edəcək.
Uğurlu nəticəmizi bölüşəcəyik!