Yeniyetmə övladım siqaret çəkir. Nə edim?

Bu məsələ son dövrlər ən aktual mövzulardan birinə çevrilib. Valideynlərdən tez-tez  belə suallar alırıq: “Övladımın üstündən tez-tez siqaret qoxusu gəlir. Mən şübhələnirəm, sual versəm də o inkar edir. Necə edim?”,  “Övladımın 16 yaşı var. Siqaret çəkdiyini görmşəm. Nə edim?”  və ya “Yeniyetmə övladımın çantasında siqaret tapmışam, necə davranacağımı bilmirəm.”

Bəli, təəssüf ki, yetkinlik yaşına çatmayan yeniyetmələrdə, məktəbli uşaqlarda bəzən belə mənfi halları, yalnış vərdişləri müşahidə edirik. Valideynlər bellə halla qarşılaşdıqda, belə bir şey eşitdikdə çox zaman aqressiv davrana,əsəbiləşə hətta övladına qarşı şiddət də göstərə bilir. Ancaq vurğulamaq lazımdır ki, bu kimi hallar çıxış yolu deyil. Qeyd etmək lazımdır ki, ilk növbədə övladlarımıza yaxşı rol model olmaq lazımdır. Təcrübələr göstərir ki, uşağın böyüdüyü ailədə ata, baba və ya anada pis vərdişlər, aslılıq varsa uşaq bunlarla daha erkən yaşında tanış olur. Təbii ki, bu sıraya siqaret və tütün aslılığı da daxildir. Bu halda onlar birbaşa ondan istifadə etməsələr də dolayı yolla passiv şəkildə istifadə etmiş sayılır. Çünki, o mühitdə olur, görür, evdə ailə üzvləri onun yanında istifadə edir. Bir sözlə onun qoxusuna getdikcə alışır və bu qoxu ona artıq yad gəlməməyə başlayır. Belə olan halda müəyyən müddət sonra onun da bu kimi zərərli şeylərdən istifadə etməsi qaçınılmaz olur. Digər bir məsələ həmin insanların siqareti niyə çəkdiyi, çəkərkən nə hiss etməsidir. Həmin yeniyetməyə “Siqareti çəkəndə nə hiss edirsən?” sualını verə bilərik. Təbii ki, hər bir yeniyetməyə görə cavab fərqli ola bilər. Ancaq ən çox söylənilən cavablar: “həzz alıram”, “rahatlayıram” şəklində olur. Belə yeniyetmələrin içərisində daha çox zamanında ana südü aç içmiş, əmmə tələbatı ödənməmiş uşaqlar daha çox olur. Ona görə də siqaret aslılığından qurtulmaq üçün  onların psixoloji dəstək görmələri vacib şərtlərdən birinə çevrilir. Belə hallarda valideynlər tək bacara bilmir. Təəssüf ki, zamanında müdaxilə olunmadıqda baərabərində başqa aslılıqlar və problemlər də meydana çıxa bilir. Ancaq əksi də ola bilir, stress anında, gərginləşəndə, qoru keçirdikdə də siqaret çəkən insanlar var. Əgər bir yeniyetmə “əsəbi olduqda, gərgin olduqda siqaret çəkirəm” deyirsə, onun əsəbi vaxtında məşğul olacağı, fikrini siqaretdən yayındıra biləcəyi başqa məşğuliyyətə yönəltmək faydalıdır. Məsələn: sevdiyi oyunu oynamaq, musiqi dinləmək, idmanla məşğul olmaq və s. ola bilər. Bu da təbiidir ki, birdən-birə baş vermir, zaman alan, səbr tələb edən bir şeydir. Bir sözlə ona stresslə başqa formada baş etməsi üçün yönləndirmələr etməliyik. Bildirmək lazımdır ki, bu vəziyyət valideynlərin ən çox çətinlik çəkdiyi məqamdır. Bu zaman mütləq yeniyetmənin psixoloji dəstək alması lazımdır. Psixoloq terpiyalar zamanı yeniyetmənin bu vərdişlərinin səbəbini aşkarlayır və onun korreksiyaysı yönümündə işlər aparaır. Terapiya müddətində ailənin dəstəyi, anlayış göstərməsi ən vacib məqamlardan biridir.  

Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova 

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!