Hər şeyə ağlayan uşaqlar

Son zamanlar valideynlədən aldığımız şikayətlərin böyük bir qismi uşaqların tez-tez ağlaması, hər şeyə ağlaması ilə bağlıdır. Uşaqlar öz fikirlərini ifadə edə bilmədikdə ağlamaqla kömək almağa başlayırlar. Məsələn: dərs oxumaq zamanı gəldikdə həmin vaxtı televizorda sevdiyi bir cizgi film başlayırsa dərs yerinə ona baxmağa üstünlük verəcəkdir. Bu zaman ağlamağa başlayır və ya səhər-səhər məktəbə gedəndə yatağından ağlayaraq qalxır, dərsə ağlayaraq gedir və s. Uşaq davamlı ağlayırsa bu onun özgüvən problemi ilə bağlıdır. Belə uşaqlar, həm də, öz hisslərini ifadə etməkdən çətinlik çəkirlər. Həmçinin, onlarda stressə davamlılıq da zəif olur. Burada valideynlər diqqətli olmalı və övladlarını dinləməyi bacarmalıdır. Uşaq ağalasa belə, valideyn səbirli davranmalı,onun yanında olmalı, ağlayıb qutarmasını gözləməlidir. Daha sonra onun danışmalı, “Sən niyə ağladın, nə istəmirsən?” kimi ifadələrlə onu dinlədiyinizi, onun danışdığına hörmət etdiyinizin mesajını vermiş olursunuz. Çünki valideyni tərəfindən dinlənilməyən uşaqlar daha çox ağlayır. Bu zaman uşaq ona dəyər verilmədiyini başa düşür və özgüvəni aşağı düşür. Ancaq əksinə onları dinlədiyinizdə, yanında olduğunuzu hiss etdirdiyinizdə belə hallar baş verməz və onlar özlərini güvəndə hiss edərlər.

Qeyd etdiyimiz kimi birinci məsələ onları dinləməkdir. Digər məsələ isə, problemlərini özləri həll etməsi üçün onlara şərait yaradın. Problemlərini özləri həll etməyi bacaran uşaqlar, başqa sözlə öz fikirlərini ifadə edərək yaranan problemdən çıxış yolu tapan uşaqlar böyüyəndə öz problemlərini sizə yükləməyəcəkdir.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

deneme bonusu veren siteler casino siteleri bantambagels ecomamahotel