Səccad balamızın 3 yaşı var və onda nitq ləngiməsi, hiperaktivlik müşahidə olunur. Fikirlərini qısa-qısa sözlərlə, əl-qol hərəkətkləri ilə ifadə edir. 3 yaşı olsa da nitqi 1 yaş səviyyəsindədir. Həmçinin Səccadda zəka geriliyi də var.
Səccad balamızı valideyni ilə birlikdə Narınc İnkişaf Mərkəzinə dəvət edərək onu bir çox müayinələrdən keçirdik. İndiyə qədər müalicələr alsa da bunlar pərakəndə şəkildə gedib və məlum olduğu kimi yaxşı nəticələr verməyib. Belə ki, ona kompleks terapiya proqramı təyin etdik. Bundan sonra Səccad terapiyalara Narınc İnkişaf Mərkəzində davam edəcək. Sistemli və davamlı şəkildə kompleks terapiaya proqramını bitirdikdən sonra,yəni 3 aya Səccad balamızın problemləri aradan qalxacaqdır.
Oxunub: 28