Zəlzələnin psixoloji təsirləri

İstər təbii fəlakətlər, daşqın, istərsə də kütləvi insan ölümü ilə nəticələnən avtomobil, təyyarə qəzaları və s. həm iqtisadi çətinliklər, həm də psixoloji təsirləri ilə yadda qalır. Xüsusən son dövrlər baş verən təbii fəlakətlərdən biri olan zəlzələ və onun insan psixologiyasına təsiri haqqında Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Uzman- Klinik psixoloq Narınc Rüstəmova narınc.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik:

“Təbii fəlakətlər və bu hadisələrin yaratdığı fövqəladə halların insanların psixoloji vəziyyətinə, psixikasına təsir edir və müəyyən izlər, travmalar yaradır. Bu kimi hadisələr baş verdikdə insan təhlükəsizliyini düşünür və təşvişə düşərək özünə nəzarəti, ətrafa nəzarəti itirir. Bu şəraitdə insan ağır sarsıntı keçiriərək  “Necə edim təhlükəsiz yer tapım?” və ya “Necə edim ki, sağ qalım?” kimi düşünməyə başlayır.

Zəlzələlər də insanların təhlükəsizlik hissini sarsıdır, bu da ciddi psixoloji problemlərə yol aça bilər. İlk növbədə belə hallarda qorxu, həyəcan-təşviş, panika kimi əlamətlər, təşviş, şok, çarəsizlik, acizlik,  idarəetmənin itirilməsi, ölüm qorxusu kimi duyğuların təzahürünə səbəb olur. İnsanlar üçün yaşadığı evi hüzur tapdığı, özünü güvəndə hiss etdiyi yerdir. Zəlzələ zamanı təbii olaraq hamının ilk etdiyi davranış hüzur hiss etdiyi yerinden qaçmaq olur ki, bu davranışın özü böyük travmaya səbəb olur. Daha sonra bu daxili gərginlik, itirmə qorxusu, yuxu pozulmaları, travma kimi fobik əlamətlər fonunda da özünü göstərir və insanlarda stress hallarının, panik atakların yaranmsına və ya artmasına səbəb olur. Ailə üzvlərinin və ya evlərin itirilməsi nəticəsində bəzi şəxslər depressiyaya düşə bilər. Bu vəziyyət travmadan aylar, hətta illər sonra da davam edə bilər.Xüsusən hadisə ilə, insanların orda yaşadığı halları ilə bağlı videolara, şəkillərə əhalinin həssas qrupundan olan uşaqların, hamilə qadınların, süd verən anaların və s. insanların baxması məsləhət görülmür. Qeyd etdiyimiz kimi, gözlənilməz olduğu üçün zəzələ zamanı şok reaksiyası baş verir. Bu şok reaksiyası orqanizm tərəfindən yaradılmış bir psixoloji müdafiə mexanizmidir. Xaos vəziyyətində olan bəzi insanlar zəlzələdən sağ çıxmaq üçün şüursuz şəkildə risk edərək müxtəlif hərəkətlər, hətta bəzən sağlamılığı üçün təhlükə yaradacaq hərəkətlər edə bilər və ya yaşadığı şokun təsiri altında passiv qala bilərlər. Belə olan halda insanlar yaşadığı şokun təsirindən dona, yerinə qala da bilər. Bu mərhələdə insanlar travmatik vəziyyətin  təsirindən qurtulmaq üçün göstərdikləri səylərə baxmayaraq, özlərini gücsüz, taqətsiz və yorğun hiss edə bilirlər. Həmçinin, hər hansı bir xəstəlikdən əziyyət çəkən, ürək-damar problemləri olan, sinir sistemi zəif olan və s. kimi problemlərdən əziyyət çəkən insanlara da zəzələ və bu kimi təbii təbii fələkətlərin fizioloji olduğu qədər, psixoloji də ağır təsirləri olur.

Bu hadisələrdən sonra peşəkar yardım almaq, psixoloq və ya terapevtlərdən kömək almaq travmanın təsirlərini azaltmağa və insanın həyat keyfiyyətinin yaxşılamasına kömək edir.“

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

deneme bonusu veren siteler casino siteleri bantambagels ecomamahotel