Autizm spektr pozuntusunda zəka geriliyi olurmu?

Autizmlə autizm spektr pozuntusu arasında əslində fərq yoxdur. Buradakı “spektr” sözü “çalar” deməkdir. Məsələn: İşığın çaları kimi deyə bilərik. Yəni, işıq düşəndə orada müxtəlif rəng çalarları göründüyü kimi autizmdə də müəyyən çalarlar var və “spektr” sözü burdan gəlir. Autizm spektr pozuntusu olan insanların cəmi 20%-də zəka geriliyi müşahidə oluna bilər. İnsanlar bəzən elə fikirləşir ki, autizm spektr diaqnozu qoyulan uşaqların anlaması, qavraması çox zəifdir və əqli geriliyi var. Ancaq, bu doğru fikir deyil. Sadecə onların ətraf aləmlə kontaktı zəif olduğu, sosiallaşmaqda problemləri olduğu üçün belə fikirlər yarana bilir. Ancaq, qeyd etdiyimiz kimi bu göstəricilər olanların əqli geri olaması anlamına gəlmir. Ona görə də autizm spektr pozuntusunda diaqnoz qoymağa tələsmək lazım deyil. Əvvəlcə reablitasiya almaq, bu müddətdə terapiyalara həftədə 2-3 dəfə gəldiyi üçün uşağı daha dərindən analiz etmək, baxmaq və bundan sonra diaqnozu dəqiqləşdirmək lazımdır. Autizm spektrın bir neçə əlamət açıq görünürsə bu zaman erkən müdaxilə etmək olar. Autizm spektr pozuntusunda bərabərində əqli gerilik varsa bu zaman erkən müdaxilə proqramı çox vacibdir. Burada əqli geriliyin hansı səviyyədə olması da önəmlidir. Məsələn, bu gerilik 5 ili ötürsə, yəni uşağın 10 yaşı varsa əqli yaşı 5 yaş səviyyəsindədirsə bu zaman uzun müddətli terapiya gərəklidir. Həmçinin, belə məqamda psixonevroloji aparatlar da köməyimizə gələ bilər.
Günümüzdə autizm spektr pozuntusuna bənzər problemlər, pozuntular vardır. Ona görə də valideynlər diqqətli olmalı və bundan qorxmamalıdır. Unutmaq olmaz ki, hər bir problemə ekən müdaxilə həmin problemin daha çox irəliləməsinin qarşısını alır və terapiyanı asanlaşdırır.

Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

deneme bonusu veren siteler casino siteleri bantambagels ecomamahotel