Uşaqlarda əqli gerilik

Əqli geriliyi olan uşaqlar istər ətraf mühiti, baş verən hadisələri öyrənməkdə, dərk etməkdə, istərsə də dərsləri öyrənməkdə çətinlik çəkirlər. Yaşıdları ilə fərqlənirlər. Yeni kitablarda, ədəbiyyatlarda bu “zəka yetməzliyi”, “zəka azlığı” kimi də ifadə olunur. Normal halda zəka yaşımız və fiziki yaşımız eyni olur. Məsələn: bir uşağın 10 yaşı varsa, zəkası, qavraması və s. 10 yaş səviyyəsində olmalıdır. Əgər bunlar üst-üstə düşmürsə və digər fərqlər də varsa burada əqli gerilikdən danışmaq olar. Əqli geriliyin psixoloji olduğu kimi, nevroloji tərəfləri də var. Əqli geriliyi olan uşaqlarda lənglik olur. Həmçinin qeyd etdiyimizz kimi analama, qavramada, səbəb-nəticə əlaqəsini aşkarlamada, müəyyən əməliyyatlar icra etməkdə və s. yaşıdları ilə fəqrlənir və eyni nəticəni göstərə bilmirlər. Bu da onlara yaşıdları ilə zaman keçirməyə mane olan məsələyə çevrilir. Belə olan halda valideynlər zamanında mütəxəssisə müraciət etməlidir. Terapiyalarda neyropsixoloji aparatlardan da kömək almaq olar. LİTMS, TdCS kimi neyropsixoloji aparatlar sinir hüceyrələrini oyadır, uşağın beyin impluslarını, sürətini artıraraq ləngiməni bərpa edə bilir. Bu zaman terapiya da daha effektiv olur.

Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

deneme bonusu veren siteler casino siteleri bantambagels ecomamahotel