"Bəzən uşaqlarda genetik və ya hər hansısa fiziki qüsur, sindrom olur" - Psixoloq fikri

“Bəzən uşaqlarda genetik və ya hər hansısa fiziki qüsur, sindrom olur” – Psixoloq fikri

“Valideyn nəzarətinin hansı yaş dövrünə qədər vacibliyi məsələsi aktual məsələlərdəndir. Əslində bir baxımdan uşaqdan da asılı olan haldır. Valideyn dəstəyi dedikdə, həm fiziki, həm emosional, həm əqli, həm də sosial mühitdəki dəstək nəzərdə tutulur. Müəyyən yaş dövründə, məsələn körpəlik dövründə uşağa fiziki dəstəyə ehtiyac olunur. Buraya uşağı yedizdirmək, qayğısına qalmaq və s. nəzərdə tutulur”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, məktəbəqədər yaş dövründə və ya məktəbli yaş dövründə zehini, əqli dəstək də vacib amilə çevrilir. Emosional və sosial dəstək də digər yaş dövrlərində olduğu kimi, bu yaş aralığında və yeniyetməlik dövründə də xüsusilə vacibdir. Emosional dəstək dedikdə uşaq və valideyn arasında düzgün bağ qurmaqdan söhbət gedir. Güvənli bağlanma düzgün qurulduqda uşağın hər hansı sosial mühitə, məsələn: bağçaya, məktəbə də adaptasiyası normal şəkildə olur. Belə ki, uşaqda inkişaf normal gedirsə bu yeniyetməlik dövrünə qədər gəlib çata bilir. Ancaq, bəzən uşaqlarda genetik və ya hər hansısa fiziki qüsur, sindrom olur. Belə hallarda valideyn dəstəyi uşaqlarda yetkinlik dövründə də ehtiyac duyulur.

Zərərli vərdişlərə gəldikdə isə burada maddə asılılığı, alkoqol asılılıq və s. nəzərdə tutula bilər. Bunlar da bir çox səbəbdən yarana bilər. Buraya genetik səbəbləri daxil edə bilərik. Məsələn: əgər ailədə genetik olaraq alkoqol bağımlılığı varsa bu genetik olaraq uşağa keçə bilir.

Onlar belə vərdişlərə yiyələnməyə daha meyilli ola bilirlər. Digər bir səbəb kimi sosial mühitin təsirini də qeyd etmək olar. Belə hallarda mühiti dəyişməklə bunun qarşısını almaq mümkündür. Həmçinin qeyd etmək lazımdır ki, valideynlərin uşaqlarla düzgün komminikasiyası da bu problemlərin həllində kömək olan əsas məqamlardan biridir”.

Müəllif: Səbinə Hüseynli

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!