Ərköyün uşaq olduğunu göstərən 10 əlamət

Ərköyün uşaq olduğunu göstərən 10 əlamət

1. Tez-tez hirslənirlər – Ərköyün uşaqlar çöldə, insan içində və hətta öz evində, tez-tez hirslənər, dayandıq yerdə qışqırmağa və ağlamaya başlar.

2. Əsla təmin olmaz – Ərköyün uşaqlar əsla sahib olduqlarıyla kifayətlənməzlər və əlindəkilərlə əsla yetinməzlər. Əgər bir uşağın əlində başqa bir şey görsələr, mütləq onu istəyərlər.

3. Heç köməkçi deyil – Heç bir uşaq təmizlik etməkdən xoşlanmaz, amma bir uşaq 4-5 yaşına gəldiyində artıq öz oyuncaqlarını yığışdırmağa, öz ayaqqabılarını yerinə qoymağı öyrənməsi lazımdır. Amma ərköyün bir uşaq bu kiçik işləri belə etmək istəməz.

4. Böyüklərin diqqət mərkəzində olmağa çalışarlar – Yaşına baxmadan, bütün böyüklərin davamlı onlarla maraqlanmasını və onları dinləməsini istəyərlər.

5. Sizi insan içində utandırarlar – Bəzi vəziyyətlərdə uşağınız sizi istəmədən utandıra bilər, amma ərköyün uşaqlar sizi bilərək və istəyərək insan içində utandırar və diqqəti cəlb etmə adına sizi alçaldacaq davranışlara yol verərlər.

6. Əsla paylaşmaq istəməzlər – Paylaşma fikri kiçik uşaqlar üçün öyrənməsi çətin bir vəziyyətdir. Amma bir uşaq 4 yaşını keçdikdən sonra, oyuncaqlarını, yeməkləri və s. şeyləri qardaşlarıyla və yoldaşlarıyla paylaşma istəyinə sahib olar. Ərköyün uşaqlar paylaşmaz.

7. Ona yalvarmaq məcburiyyətində qalarsınız – Valideynlər ya da baxıcı, uşaq üçün bir nüfuz fiqurudur və onun dediklərinə uyğun davranmaq məcburiyyətindədir. Uşağınıza bir şeyi etməsi üçün yalvarmaq məcburiyyətində qalmamalısınız, amma ərköyün bir uşağınız varsa bu ümumiyyətlə belə olar.

8. Sizi görməzlikdən gələr – Heç bir uşaq «xeyr» sözündən xoşlanmaz, amma onunla danışarkən sizi görməməzlikdən və eşitməzdən gəlməsi, onun ərköyün bir uşaq olduğunu göstərər.

9. Tək oyun oynamaz – Bir uşaq 4 yaşına gəldiyində, tək başına oyun oynaya bilməli ya da tək başına oyun oynamağı istəyə bilməlidir. Davamlı anası ya da atasıyla oyun oynamaq istəməsi, onun diqqət ehtiyacından qaynaqlanır.

10. Ona rüşvət verməlisiniz – Valideynlərin uşaqlarına təkrarlanan işlərini etmələri üçün pul, oyuncaq, şəkər vs. kimi rüşvətlər verməməsi lazımdır. Amma ərköyün bir uşağa rüşvət vermədən bir şey etdirmək çox çətindir.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!