“Bir məsələni və ya hadisəni çox düşünmək problemdir” - Psixoloq danışdı

“Bir məsələni və ya hadisəni çox düşünmək problemdir” – Psixoloq danışdı

“İnsanı digər canlılardan fərqləndirən xüsusuiyyətlərdən biri də onun düşünə bilən varlıq olmasıdır. Bir məsələni və ya həyatındakı hansısa hadisəni çox düşünmək əslində bir problemdir. Bu insanın həyatına da mənfi təsir edir. Məsələn, hər hansı bir qərarı qəbul etmə prosesini ləngidir və mane olur”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, sözügedən insanlarda özünə inam hissi aşağı olur: “Həmçinin paralel olaraq özünü qiymətləndirmə də aşağı olur. Eyni zamanda belə insanlarda yuxu rejimi də normal şəkildə olmur. Belə ki, bu düşüncələr gecələr yuxuya getməyə mane olur, gec yatırlar və nəticədə yuxu balansı pozulmuş olur. Bununla bağlı müxtəlif suallar ünvanlanır: “Çox düşünməyin psixologiyada qarşılığı nədir? İnsanın beynində mənfi ssenarilər qurması hər hansı travma ilə bağlı ola bilərmi? Bunun qarşısını almaq mümkündür?”

İnsanın yaşadığı, fəaliyyət göstərdiyi mühit onda müxtəlif düşüncələrin meydana gəlməsinə səbəb olur. Çox düşünmək istər keçmiş, istər indiki, istərsə də gələcək zamanla bağlı ola bilər. Məsələn: çox zaman keçmişlə bağlı düşüncələrdə məyusluq, peşmançılıq daha çox özünü göstərir. Belə hal uzun müddət davam edərsə həmin insanlarda depressiv əlamətlər də müşühidə oluna bilir.Bəzən insanlar nəzərət edə, kontrol edə bilmədiyi hasisələri də çox düşünür və çıxış yolu axtarırlar. Ancaq insan qəbul etsə ki, nəzarət edə bilməyəcəyi və onun kontrolundan kənarda olan hadisələr ola bilər o zaman davamlı düşünməyi dayandıra, müəyyən buraxa bilər.

Davamlı mənfi düşünən, özünü buna kökləyən insanların da ilk növbədə olduğu mühitə baxmaq lazımdır. Daha sonra onları belə düşünməyə nə vadar edir, belə düşünməyin səbəbi nədir onu araşdırmaq lazımdır. Belə ki, pozitiv düşüncələr pozitiv duyğular, neqativ düşüncələr neqativ duyğular yaradır. Təbiidir ki, bunlara uyğun olaraq da davranışlar sərgiləyir. Niyə neqativ düşündüyümüzün səbəbini tapsaq, onu pozitivə çevirib necə pozitiv düşünə biləcəyimizin də səbəbini tapa bilərik.”

Müəllif: Səbinə Hüseynli

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });