- Uşağınızı hər mövzuda xəbərdar edir və ona yaxşı olanı öyrətməyə çalışırsınız. Yaxşı ya bütün söylədiklərimizi siz tətbiq edirsinizmi?
- Uşağınıza başqalarına kömək etmənin nə qədər gözəl bir şey olduğunu söyləyib dayanırsınız; amma böyük marketlərdə etdiyiniz alverlərin ardından alver səbətini belə yerinə qoymağa ərinirsiniz
Tez-tez “yetər uşağım artıq, bağla bu televizoru!” deyirsiniz; amma hər axşam, yatana qədər davamlı televizor izləyirsiniz. - Uşağınız nə vaxt bədənindən şikayət etsə, ona bu halının nə qədər sevimli və gözəl olduğunu söyləyirsiniz; amma siz də davamlı kilolarınızla məşğul olub dayanırsınız.
- Uşağınıza dostu ilə dalaşdıqdan sonra səhv etdisə ,üzr istəməsi lazım olduğunu söyləyirsiniz; amma siz və yoldaşınız heç bir mübahisədən sonra uşağınızı barışmanıza daxil etmirsiniz.
- Hirs partlamalarını nəzarət etməsi lazım olduğunu söyləyib dayanırsınız; amma siz avtomobil istifadə edərkən ətrafdakı avtomobillərin şoferlərinə davamlı hirslənirsiniz.
- Uşağınıza davamlı “Problemin nə? izah et,” deyirsiniz, amma yoldaşınıza əsəbləşdiyiniz zamanlarda o bu sualı hər soruşduğunda “Bilmirsənsə izah edəcək bir şey yox onsuz da!” deyirsiniz.
- Uşağınızı özünü digərləri ilə müqayisə etməməsi mövzusunda istiqamətləndirirsiniz; amma qonşularınızla ya da yoldaşlarınızla tez-tez çəkişir hətta bir çox mövzuda onları qısqanırsınız.
- Uşağınıza daha yaxşı bir dinləyici olmasını nəsihət edirsiniz,amma cib telefonunuz hər çaldığında, o sırada uşağınız sizə nə izah edir olursa olsun, onun izah etdiklərini bölürsünüz.
Sırasını gözləyə bilmənin əhəmiyyətini vurğulayıb dayanırsınız,amma söz mövzusu televiziyanın pultu olduğunda bu qaydanın etibarlılığı qalmır.
Oxunub: 729