Uşağa xərclik necə verilməli?

Uşağa xərclik necə verilməli?

Böyük yaşlarda puldan doğru istifadə etmə,balaca vaxtlardan öyrədilən vərdişdən çox asılıdır.Ailələr uşaqlarına xərclik verərkən özünü nəzarətdə saxlamalı və konkret mövqeləri olmalıdırlar.

Xərclik yaxşı bir hərəkətə mükafat və ya hər hansı öhtəliyində olan işinə ödəmə deyildir.Xərclik uşağa seçməyi məsuliyyət hissi daşımağı öyrətmək üçün vasitə olmalıdır.

Ümumiyyətlə,uşaqlara 3-cü sinifin sonlarında,yəni 9-10 yaşlarında pul verilməlidir.Az yaşda uşağa pulun verilməsi ondan(pulu tanımadığına görə ) doğru istifadə edə bilməməmsini,aldığı hər hansı şseyin qalığını geri istəməməsi lazımsız fasd-fooda xərcləməsinə gətirib çıxarır ki,bu da özünü göstərir.

Bəs xərclik necə verilməli?

Uşağa qədərindən çox xərclik vermək ona xoşbəxtlik deyil,bədbəxtlik və doyumsuzluq gətirir.Uşaq gərəkdiyindən çox xərcliyi doğru formada istifadə etmir.Olan dəftər və qələmlərinin yanına yenilərini də əlavə edir.Zamanla israf və doyumsuzluq formalaşır.

Uşağa çox xərclik vermək sadəcə ona deyil dostlarına da zərəri var.Xüsusilə müxtəlif gəlir sahibi olan ailələrdən gələn uşaqlar onlara pul verilmirsə və ya az verilirsə bəzi yoldaşlarının çox pul xərcləməsindən təsirlənir.İlk öncə ruh düşkünlüyü,sonra isə məmnuniyyətsizlik kompleksi özünü göstərir və bu hal yoldaşlararası münasibətlərin pozulmasına gətirib çıxarır.

Uşağa normadan az xərclik vermək də düzgün deyil.Yoldaşları ilə özünkünü müqayisə edərək məyus olaraq özünə güvəni azalır.

Ən doğrusu,uşağın yaşına və sinfinə uyğun olaraq ehtiyaclarını qarşılayacaq qədər sistemli xərclik verilməlidir.

Bu pulun nə qədər olacağına uşaq və valideyn birlikdə qərar verməli,alınan qərar vaxtaşırı nəzərdən keçirilməlidir.Uşaq xərcliyini az olduğunu görürsə ona uyğun və sakit tonla “sənə çox vermək istəyərdim,amma büdcəmiz məhduddu” deyə bilməliyik.

Sonda isə xərclik ancaq uşaqda pulu doğru istifadə etməyi öyrətmir,həm də onda məsuliyyət və sahiblənmə hissini inkişaf etdirir.Anlıq və keçici istəklərini təxirə sala bilməyi və ehtiyaclarını vacibliyinə əsasən sıralamasını,qənaətcil olmağı və əldə etdiklərinin dəyərini bilməyi öyrədir.Ən əsası ailəsinin ona dəyər verdiyini,onu bir şəxsiyyət kimi qəbul etdiyi mesajını verir.

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin rəhbəri, psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!