"Burada məsələ təktərəfli deyil" - Psixoloq fikri

“Burada məsələ təktərəfli deyil” – Psixoloq fikri

“Dünya praktikasında olduğu kimi ölkəmizdə də psixoloji xidmət müxtəlif yaş qruplarında olan insanlar üçün keçərlidir. Əksərən mövzu ilə bağlı bu tip suallar alırıq: ”Hansı qrup insanlara psixoloji yardım daha asandır və ya psixolqun insana yardımı nədən ibarətdir? Öncəliklə bildirmək lazımdır ki, terapiyaya könüllü şəkildə gələn insanlara psixoloji yardım göstərmək daha asandır. Belə insanlarda nəticə də tez almaq olar”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, könüllü şəkildə terapiyaya gələn insan öz probleminin üzərində işləmək və onu korreksiya etmək istəyəndir. Belə insanlar seanslarda psixoloqun göstərişlərinə, tapşırıqlarına da əməl edir, motivasiyalı olurlar. Əksinə öz istəyi ilə deyil də, məcburən psixoloq qəbuluna gələn insanlarla işləmək digər insanlarla müqayisədə çətin olur.

Psixoloqun yardımı məsələsinə gəldikdə isə bildirmək olar ki, bu müraciət edən insanlara görə dəyişə bilər. Ancaq əsas məsələlərdən biri psixoloqun qarşısındakı insanı qınamadan dinləyə bilməsi və probleminə uyğun olaraq yardımçı ola bilməsi, terapiya aparmasıdır. Əgər onda baş verən hallar həyat keyfiyyətinin aşağı düşməsi və bərabərində psixoloi durumunun daha da pisləşməsi ilə nəticələnirsə psixoloq bunun kökünə enib tapmalı və problemin həllində kömək olmalıdır. Ancaq, burada məsələ təktərəfli deyil. Yəni, bu yolda pasiyent və psixoloq birlikdə işləməli, problemin həll edilməsində iş birliyi içində olmalıdırlar. Həmçinin bildirmək lazımdır ki, onlar həyatda daima problemlərin ola biləcəyini və onların həlli yollarının da ola biləcəyinin fərqində olur. Bu halda istər insanların həyat keyfiyyəti, istərsə də ətrafı ilə münasibəti daha yaxşı olur.

Beləliklə, davamlı şəkildə seanslarda iştirak edən, tapşırıqları yerinə yetirən, psixoloq-pasiyent münasibətləri professional təməllər üzərində qurulan, problemin həll olunmasını istəyən və bunun üçün psixoloquna kömək edən, addımlar atan pasiyentlərin problemlərini həll etmək olar”.

Müəllif: Səbinə Hüseynli

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });