Ağız qoxusu bir sıra ciddi xəstəliklərin göstəricisi ola bilər. Valideynlər bilməlidirki, bu nadir simptomdur və onlar bu simptomla əlaqəli olan digər xoşagəlməz əlamətləri də izləməlidirlər. İlk əvvəl stomatoloqa getmək lazımdır, sonra pediatra, hansıki xəstənin ümumi vəziyyətinə əsaslanaraq, əlavə müayinə üçün konkret mütəxəssisə yönləndirəcək.
Ağızdan gələn xoşagəlməz qoxu nəyin əlaməti ola bilər?
Ağzından gələn xoşagəlməz qoxunun səbəbi çox ola bilər. Adətən o yeganə simptom olmur, onu başqa əlamətlər də müşayiət edir ki, bu əlamətlər pediatra, patologiyanın səbəbini müəyyən edib, lazımi müayinələrin təyinatına kömək edir.
- Adətən ağızdan gələn xoşagəlməz qoxu, ağız boşluğu xəstəliklərindən xəbər verir. Lap balaca uşaqlarda bu stomatit, daha böyük uşaqlarda isə müxtəlif kariyes və ya diş xəstəlikləri ola bilər.
- Digər səbəb – həzm sisteminin patologiyası ola bilər. Adətən bu simptoma ana südü ilə bəslənən uşaqlara nisbətən süni qida ilə bəslənən uşaqlar daha çox meyillidir. Tez-tez rast gəlinən diaqnozlardan biri – disbakteriozdur. Daha bir səbəb – xroniki pankreatit (mədəaltı vəzinin iltihabı) ola bilər. Ağızdan gələn xoşagəlməz qoxudan başqa, digər əlamətlər: nəcis xarakterinin dəyişməsi, bağırsaqda köp, meteorizm, qəbizlik və gəyirmə müşahidə edilə bilər.
- Bəzi hallarda xoşagəlməz qoxu – qəbizlik səbəbindən yaranır. Bu halda, bir qayda olaraq, bütün ifrazatların qoxusu ( məsələn tər qoxusu) dəyişir. Əgər nəcisin ləngiməsi nadir hallarda, hansısa qidaya cavab və ya maye çatışmazlığı ilə bağlıdırsa, çətinki bu hal qoxuda ciddi dəyişiklik yaradar. Bir qayda olaraq, qoxu xroniki qəbizlik zamanı dəyişir.
- Pis qoxu burun-udlaq iltihabı prosesində yarana bilər. Bunun digər simptomları: gözlər altında şişkinlik, yuxuda xoruldamaq və uşağın ağızla nəfəs almasıdır. Körpələrdə xoşagəlməz qoxuya daha çox səbəb, rinit (burun boşluğunun selikli qişasının iltihabı) olur. Xüsusən əgər o, uzun müddət davam edərək xroniki mərhələyə keçibsə. Böyük uşaqlarda isə buna səbəb, xoniki tozilit və xroniki adenoidlərin iltihabı ola bilər.
Hansı müayinələrdən keçmək lazımdır?
Uşağın ağzından xoşagəlməz qoxu aşkar edildikdə, əvvəlcə onu stomatoloq müayinə edir, stomatoloq çürümüş dişlərin müalicəsi ilə yanaşı, ağız boşluğunun mikroflorasını nəzərdən keçirir. Otolarinqoloq arxa burun-udlaq sistemini yoxlayır. Qastroenteroloq ilk növbədə disbakteriozun aşkarı üçün nəcis analizini təyin edir. Həmçinin qaraciyər və mədəaltı vəzinin ultrasəs müayinəsini təyin edir.
Ağızdan gələn xoşagəlməz qoxu, həmişə xəstəlik əlamətidirmi?
Ağız qoxusu – pediatrlar üçün çox əhəmiyyətli bir simptomdur. Lakin, əgər bütün analizlər edilib, bütün patalogiyalar inkar olunubsa, ola bilərki bu sadəcə uşağın fərdi xüsusiyyətidir – buna da çox nadir hallarda rast gəlinir. Bir qayda olaraq, ağız qoxusunun hansısa bir səbəbi olur.
Ağzından gələn xoşagəlməz qoxudan necə qurtulmaq?
Reklam edilən təravətləndirici yaxalama məhlulları və ya saqqızlar – sadəcə vəziyyəti maskalayan vəsaitlərdir. Əlbəttə, ən əsas pis qoxu doğuran patologiyadan qurtulmaq lazımdır. Amma, əlbəttə, dişlər və ağız boşluğunun gigiyenası, ağız yaxalanması üçün istifadə olunan bitki ekstraktlı məhlullar, tamamilə ağız boşluğu mikroflorasını yaxşılaşdıra və pis qoxunun azalmasında kömək edir.
Mənbə: anayam.az