Hərbiçimizin övladı Fazildə olan problemlərə görə nənəsi Narınc Rüstəmovaya müraciət etdi

Hərbiçimizin övladı Fazildə olan problemlərə görə nənəsi Narınc Rüstəmovaya müraciət etdi

Fazil balamızda Ağdamdan yaşayır və hiperaktivlik bərabərində diqqət əskikliyi problemi var. Balamızın atası hərbiçidir və hazırda da Vətənə xidmət edən qəhrəman oğullarımızdandır.  Balamızın 6 yaşı var, məktəbə gedir. Nənəsinin dediyinə görə, balamız çox aktivdir sinifdə də bir yerdə dayanmır, sinif yoldaşları ilə də düzgün münasibət qurmaqda çətinlik çəkir. Həmçinin fikri çox dağınıqdır, öyrəndiyini yadında saxlaya bilmir,  özünü ifadə edə bilmir. Nitqi də aydın deyil, yaxşı danışa bilmir. Balamızda, həm də, autizm əlamətləri müşahidə olunur.

Biz də Narınc Psixologiya Mərkəzi olaraq nənəmizin çağırışını cavabsız qoymadıq. Fazil balanı mərkəzə dəvət etdik, müayinələrdən keçirdik. Balamıza kompleks terapiya tətbiq edəcəyik və qısa bir zamanda nəticə gözlə görünəcəkdir.Gözəl proqram təyin etmişik, İnkişaf Mərkəzimizdə balamızın problemlərini düzəldib Ağdama yola salacağıq!

Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!