Qrip və soyuqdəymə

Qrip və soyuqdəymə

Dr. Müşfiq Hümmətli : ” Havaların bölgəmizdə çox dəyişən keçdiyinə görə qripə yoluxma son günlərdə daha çox rast gəlinir. Xəstəlik olduqca ağır keçirilməklə birgə insanları gücsüz hala düşürür. Ancaq düzgün bir qidalanma tərzi ilə bunun qarşısını ala bilər və qışı sağlam keçirə bilərik. Bunun üçün də hər gün C vitamini alınması məsləhət görülür. Gündə 2-3 ədəd naringi və ya 1-2 ədəd portağal istehlak edilə bilər.
Qrip , virus qaynaqlı bir tənəffüs yolu xəstəliyidir. Xəstəlik , çox yoluxucudur və ümumiyyətlə xəstə olan bir adamın öksürməsi, asqırması, əl təması yolu ilə başqalarına keçir. Yetkinlər xəstəlik əlamətləri ortaya çıxmadan bir gün əvvələ və xəstələndikdən 7 gün sonrasına qədər xəstəliyə yoluxa bilmə və yoluxdurma gücünə malikdirlər. Bu, insanlar qripə tutulduqlarını bilmədən belə virusu yoluxdurma gücünə malik olduqları mənasını verir. Bu səbəblə, bir qrip epidemiyası, ölkədəki çox sayda insan virusla yoluxmuş olduqda həftələrcə çəkə bilər.
Qrip və Soyuqdəymənin əlamətləri nələrdir?
Soyuqdəymənin əlamətləri narahatlığı yaşayan adam tərəfindən də asanlıqla başa düşülə bilər.
Soyuqdəymənin ən sıx görülən əlamətləri bunlardır:
Boğaz quruluğu
Boğaz ağrısı
Öskürək
Yüngül qızdırma
Asqırma
Boğuq səs
Burun tıxanıqlığı
Yüngül baş ağrısı
Daha seyrək görülən əlamətlər isə bunlardır :
Əzələ ağrıları
Titrəmə
Göz qızartısı
Zəiflik
İştahsızlıq
Həddindən artıq yorğunluq.
Müalicə necə aparılır?
Ölkəmizdə hər yüz adamdan ən az 10-u bu xəstəliyə tutulmaqdadır. Qripə yoluxan insanların 25%-də immunitet sistemi fərqli reaksiya verdiyi üçün hər hansı bir əlamət görülməz. Bəzən bakteriyalar; qulaq və ya sinuslara təsir edəbilər – bu ikinci bakterial infeksiya olaraq bilinir – və bu vəziyyətdə xəstəlik antibiotiklər ilə müalicə edilməlidir.
Qrip müalicəsində, virusun səbəb olduğu problemləri ortadan qaldırmağa istiqamətli müalicə tətbiq olunur. Müalicəyə əlamətlər ortaya çıxdıqdan dərhal sonra başlanması çox əhəmiyyətlidir. Beləcə xəstəliyin müddəti qısaldılır və əlamətlər şiddətlənmədən ortadan qaldırılır.
QRİP PEYVƏNDİ
Qrip virusu çox tez-tez dəyişən bir quruluşa sahib olduğuna görə 100% qoruyucu bir peyvənd icad olunmamışdır. Amma yenə də peyvənd olmaq xəstəliyə yoluxmanıza maneə törədə bilir və ya xəstəliyi şiddətl keçirmənizin qarşısını alır. Peyvənd, ümumiyyətlə payızda tətbiq olunmağa başlayır.

Qrip peyvəndi 6 aylıq körpəyə vurula bilər. Ayrıca hamilə qadınlarda ilk üç aydan sonra vurula bilər. Bunların xaricində immunitet sistemi zəif olanlar, 60 yaş üzərindəki kəslər, xəstəxana mühitində olan personallar, sağlamlıq işçiləri, xroniki bir xəstəliyi olanlar, insanlarla yaxın təmas içində olan kəslərin peyvənd etdirmələri lazımlıdır. Bu kəslər yüksək risk qrupundadırlar.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!