Nitq ləngiməsi olan Rüstəmbəyin valideyni Narınc Psixologiya Mərkəzinə müraciət etdi

Rüstəmbəy balamızın 7 yaşı var və onda nitq ləngiməsi, diqqət yayınıqlığı var.. Həmçinin, məktəbə getməsinə baxmayaraq dəsrlərini oxuya bilmir, müəllimin verdiyi tapşırıqları edə bilmir. Oxumaq, məktəbə getmək istəmir, ağlayır. 7 yaşı olsa da zəksı 3 yaş səviyyəsindədir. Eyni zamanda balamızda davranış pozuntusu da müşahidə edilir. Ətrafı, həmyaşıdları ilə düzgün münasibət qurmaqda, danışmaqda çətinlik çəkir. Balamızda öyrənmə çətinliyi də var, belə ki hərifləri tək-tək bilsə də, söz şəklində oxuya, cümlə qura bilmir. Oxuduğunu yadında saxlaya bilmir. Bütün bunlar da təbii ki, onun özgüvəninə təsir edir. Həmçinin ana-uşaq simbiozu müşahidə olunur. Belə ki, Rüstəmbəy balamız anasına çox bağlıdır, onsuz heç yerə getmək istəmir, daima anansının yanında olnasını istəyir.

Biz də Narınc Psixologiya Mərkəzi olaraq mürraciəti cavabsız qoya bilməzdik. Balamızı valideyni ilə birlikdə mərkəzə dəvət etdik. Onu bir çox müayinələrdən keçirdik və xüsusi proqram təyin etdik. Ümid edirik ki, balamız tezliklə problemlərindən qurtulacaq və uğurlu nəticə əldə edəcəyik!

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!