Afaziya və onun yaranma səbələri

Afaziya və onun yaranma səbələri

Afaziya yunan sözü olub, mənası nitqin itirilməsi deməkdir. Afaziya orqanik mərkəzi mənşəli ağır nitq pozuntusuna aid edilir. Afaziya ən çox ahıl yaşlı adamlarda beyin-qan dövranın pozulması nəticəsində əmələ gəlir.

Afaziyanın yaranmasına nitqin müəyyən dövr formalaşmasından sonra baş beynin nitq sisteminin müxtəlif cür orqanik pozulması səbəb olur. Mövcud patalogiya zamanı baş beyin qabığının alın, əmgək , peysər və gicgah hissəsində zədə müşahidə olunur.

Afaziyanın əsas yaranma səbəbləri:

1) Baş beyin ağır travması

2) Beyin şiləri və iltihab prosesi

3) Damar xəstəlikləri və beyində qan dövranın pozulması

Afaziyanın bu növləri də vardır:

a) Motor afaziya→ sərbəst nitqdən istifadə qabiliyyətnin pozulması.

b) Sensor afaziya→ ətrafındakılarının nitqini qavrama qabiliyyyətinin pozulması.

c) Amnestik afaziya→ ayrı-ayrı sözlərin mənasının yaddan çıxması.

d) Total afaziya→ danışmaq və nitqi qavrama qabiliyyətinin itməsi

Bütün növ afaziya zamanı loqopedik işin məzmunu orqanik pozuntunun etiologiyasndan və həcmindən ; eyni zamanda yaşdan asılıdır. Afaziya digər nitq qüsurlarından onunla fərqlənir ki, burada iş nitqin formalaşması deyil, onun bərpası üzərində qurulur:

1) Artikulyator differensiallaşmanın məşq etdirilməsi

2) Fonematik qavramanın bərpası üzərində iş

3) Passiv lüğətin, nitqi anlamanın inkişaf etdirilməsi

4) 2-3 səsdən ibarət (gündəlik işlənən) sözlərdən başlayaraq aktiv lüğətin zənginləşdirilməsi

5) Sözlərin tələffüzünün məşq edilməsindən başlayaraq aktiv lüğətin zənginləşdirilməsi

6) Rabitəli nitqi formalşadırmaq və rabitəli danışıq vərdişini tərbiyə etmək.

7) Oxu və yazının korreksiyası

Loqopedik korreksiya işinin müddətini təyin etmək çətindir. Çünki, hər bir afaziyalı üçün fırqlidir və yarım ildən bir neçə ilə qədər uzana bilər.

Şəbnəm Əsgərova

Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });