Təəssüf ki, ölkəmizdə bəzi yaşam koçuları özlərini psixoloq kimi təqdim edirlər. Bəli, doğrudur ki, yaşam koçu bir sahə olaraq dünyada qəbul edilib. Hətta beynəlxalq sertifikatiyadan keçən yaşam koçları da var. Ancaq, ölkəmizdə bu sahə yeni-yeni formalaşır və qeyd etdiyim kimi bəzi yaşam koçları insanlara həm də, özlərini psixoloq kimi təqdim etməyə başlayırlar. Bu sahələr bir-birinə bənzəsə də, az hallarda ortaq məqamları olsa da bu bizə yaşam koçluğu və psixologiyanın eyni kökdən gəldiyini deməyə əsas vermir. Yaşam koçluğu və psixologiya bir-birindən ayrı, müstəqil sahələrdir. Belə ki, yaşam koçları psixoloji sağlam insanların şəxsi inkişafına, eyni zamanda peşəkar inkişafına yönələrək hədəf qoymaq, kariyera qurmaq və motivasiyanın artırılması yönümündə işlər aparırlar. Psixoloqlar isə psixi sağlamlıqla bağlı problemlərlə məşğul olurlar. Beləliklə, hər iki sahəsinin mütəxəssisin məqdəsi və metodikası başqadır.
Yayılan videoda insanların toplu şəkildə ağaladığını görürük. Təbii ki, psixoloji konsultasiya zamanı bir çox hallarda insanlar hisslərini, emosiyalarını ağlayaraq ifadə edə bilir.Bu tamamilə normal haldır. Ancaq orda göstərildiyi kimi kütləvi şəkildə insanların ağlaması ordakı insanların psixoloji sağlamlığına nəyinki fayda verir, əksinə ziyan verir və zərəlidir. Belə situasiyalarda insanların bir-birini təqlid edərək ağlamaq ehtimalı çoxdur.
Son olaraq bildirmək lazımdır ki, ölkəmizdə yaşam koçlarının fəaliyyətini tənzimləyən hər hansısa bir hüquqi norma və qanun yoxdur. Belə seanslara qatılmaq, problemlərinə dəstək kimi yaşam koçun seçmək insanın öz şəxsi seçimidir. Ancaq qeyd etmək istərdim ki, problemləri korreksiya ən yaxşı yolu ixtisaslı kardrlardan, peşəkar mütəxəssislərdən dəstək almaqdır.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova