Oruc tutarkən diqqət etməli olduğumuz tibbi, psixoloji və mənəvi cəhətlər nələrdir? – Mütəxəssis rəyi

Bu gün bütün müsəlmanların gözlədiyi, İslamın ən müqəddəs ayı hesab olunan Ramazan bayramı başlayır. “11 ayın sultanı” həm nəfsi tərbiyə etmək, həm də insanın paklığa, təmizliyə çatdığı bir bayramdır. Ramazan bayramının ən əsas xüsusiyyəti isə oruc tutmaqdır.

Bəs oruc tutmaq hansı hallarda insan sağlamlığına faydalı, hansı hallarda zərərlidir. Ruhumuzun mənəvi qidası olan oruc tutmaq üçün diqqət etməli olduğumuz tibbi, psixoloji və mənəvi tərəflər nədən ibarətdir?

“Füyuzat” mövzu ilə bağlı sahəsinin peşəkarlarının fikirlərini öyrənib.

Bu sualı isə Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi, Uzman-Klinik psixoloq Narınc Rüstəmovaya ünvanladıq:

Ramazan ayının ilk gününü yaşayırıq. Hər bir müsəlman bu müqəddəs ayda duaları ilə İlahi dərgaha müraciət edir, ibadət edir. Hesab edirəm ki, Ramazan ayında psixoloji hazırlıq, mənəviyyatımız üçün bu qədər dəyərli olan bir ayın psixologiyamıza müsbət cəhətləri aktual və işıqlandırılmalı mövzular sırasındadır. Təbiidir ki, hər bir bayramın, xüsusi günün əvvəlcədən hazırlıq mərhələsi olur. Ramazan ayı da buna istisna deyil. İnsan psixologiyası və İslam dini arasında əlaqə belə günlərdə məxsusi şəkildə özünü göstərir. Ələlxüsus, dini praktik cəhətdən yerinə yetirən möminlər, inanclı insanlar, ümumən müsəlmanların Ramazan ayının ibadətlərini yerinə yetirməsində psixoloji hazırlığı, əvvəlcədən buna hazırlaşması ön planda duran məsələrdən olur.

Əlbəttə, bu müqəddəs ayda ilk dəfə oruc tutanların psixoloji hazırlığı, adaptasiyası digər insanlardan fərqlənir. Ancaq müəyyən müddət sonra insan bu prosesə uyğunlaşır və mənəvi təmizlənmə məqamı başlayır. Bundan sonra psixoloji olaraq insanın Yaradan tərəfindən bəxş edilən mənəvi ruhu sayəsində digər vacibatlara da cəlb olunur. Müqəddəs Ramazan ayı insanlarda psixoloji cəhətdən bir çox müsbət dəyişikliklər yaradır. Ətrafımızdakı insanlarda da müşahidə edə bilərik ki, Ramazan ayının bitməsini istəmirlər, son günlərinə yaxınlaşdıqca müəyyən qədər ruh düşkünlüyü yaşayırlar. İnsanlar bu ayda əldə etdiklərini ayın sonunda daha yaxşı duyur, hiss edir. Təbii ki, baş verən hadisələr hamıya fərqli cür təsir edir və iradi olaraq fərqli məqamlar yaradır.İradəli şəxs ətrafında baş verən hadisələrə daha düzgün cavab vermək iqtidarında olur və baş verən hər hadisə onu tamamilə əhatələyə bilmir. Burada Ramazan ayının bir funksiyası da iradəli şəxs formalaşdırmaqdır. Bu məqamda iradə mövzusu İslamın, bilavasitə Ramazan ayının və psixologiyanın oxşar mövzusuna çevrilir. Psixologiyada da psixoloqun məşğul olduğu, terapiya keçdiyi pasiyentin iradəsi məsələsi vacib məqamdır.

Eyni zamanda, islami prinsiplər də iradəli bir insan yetişdirmək üçün xüsusi bir prosedur ortaya qoyur. Nəticədə bu, özgüvənli şəxsin formalaşması ilə nəticələnir. İnsanlar iradəli olduqda, bu ayda qaydalara əməl etdikdə sonda nələrisə bacardıqlarını, hansısa mənfi xüsusiyyətlərindən arındıqlarını görürlər. Beləliklə də, onlarda özünə inam, özgüvən formalaşmış olur. Ramazan ayı insanı onun öz gözündə canlı nümunəyə çevirir, onun yaxşı mənada formalaşmasına, psixoloji rahatlığa çatmasına kömək olur. Beləliklə, Ramazan ayı digər aylardan fərqli olaraq, insanın həm də psixoloji cəhətdən yenilənməsinə, öz iç dünyasına daxil olmasına şərait yaradan fürsətdir. Bunlar da Ramazan ayının ən gözəl zahiri hikmətlərindən biridir.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!