Körpəm barmaqların ucunda gəzir...

Körpəm barmaqların ucunda gəzir…

Bir çox analar bu problemlə üzləşirlər. Təzə yeriməyə başlayan körpə barmaqların ucunda durur və yeriyir.

Uşaq niyə belə edir? Bu hər hansı xəstəlikdir? — analar yorulmadan bu sualları bir birinə, qohumlara, tanışlara verir. Nəticədə ana stress vəziyyətinə düşür, uşağa «düzgün» yeriməyi öyrətməyə çalışır, həkimləri gəzir və s.

Həkimlər belə hesab edirlər ki, yeriməyə başladıqda vaxtaşırı olaraq barmaqların ucunda yerimək, demək olar, bütün uşaqlar üçün xasdır və təbiidir. Belə hesab olunur ki, uşaq bu üsulla dünyanı dərk etməyə çalışır, daha böyük və hündür olmaq istəyir, bəzi hallarda özünü kimə isə oxşatmağa çalışır (hündürdaban ayaqqabıda gəzən anaya, balet iştirakçılarına və s.).

Müasir uşaqların bir çox hissəsi «xodunki»də yeriməyə öyrənir. Bir çox hallarda məhz «xodunki» uşaqda bu vərdişi formalaşdırır — uşağın ayaqları yerə dəymir və uşaq məcburən barmaqların ucunda gəzməli olur. Nəticədə belə vərdiş formalaşır.

Beləliklə, sağlam və normal (yaşına uyğun) inkişaf edən uşaqlarda 3 yaşına kimi vaxtaşırı olaraq (daim yox!) barmaqların ucunda yeriməsi heç bir pozulmanın simptomu sayılmır və buna görə narahat olmağa dəyməz.

Lakin bəzi hallarda uşağın barmaqların ucunda yeriməsi ciddi nevroloji xəstəliklərin əlaməti də ola bilər. Təbii ki, bu simptomdan əlavə uşaqda digər və daha ciddi nevroloji simptomlar inkişaf edir.

Uşaq 4, 5 və daha böyük yaşlarda barmaqların ucunda yeridikdə, uşağı mütləq nevroloqa göstərmək lazımdır.

Uşaq daim barmaqların ucunda gəzdikdə, bu “əzələ distoniyası” (ayaqların əzələlərinin tonusunun geyri-bərabər olması) adlandırılan pozulmanın simptomu ola bilər. Bu zaman uşağa massaj, xüsusi gimnastik məşğələlər, üzgüçülük, bəzi fizioterapevtik üsullar yaxşı kömək edə bilər. Bəzi hallarda uşağa xüsusi dərman preparatları da təyin olunur. Adətən müalicədən sonra uşaq bu vərdişdən tam azad olur.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });