İnkişaf geriliyi

İnkişaf geriliyi

Nitq bacarığının formalaşması üçün psixi inkişaf normal səviyyədə olmalıdır.Nitq qarşısındakı insanın dediklərini eşitmək,anlamaq,cavabı beyində hazırlayıb,səsləndirmək kimi mürəkkəb bir prosesdir.Bu prosesin yaranması üçün səs və tənəffüs sistemi,artikulyasiya orqanları düzgün koordinasiyalı işləməli,eşitmə,görmə,hərəki bacarıqlar,emosiyalar lazımı qədər inkişaf erməlidir.

Hər bir uşaq məlum yaş dövrlərində müəyyən bilik,bacarıq və vərdişlərə yiyələnməlidirlər.Bu bacarıqlara sahib olmamaq inkişafdan geri qalmaqdır.İnkişaf geriliyi özünü müxtəlif sferalarda göstərir:əqli,nitq,fiziki,emosional,sosial vəs.

Valideynlər uşaqların geriliyini anlamaqda və qəbul etməkdə çətinlik çəkirlər.Onlara elə gəlir ki,uşaqlar böyüdükcə lazım olan bilik,bacarıq və vərdişləri qazanacaqlar.Əslində isə bu hal inkişaf geriliyinin daha da dərinləşməsi ilə nəticələnir.Uşaqlarda nitq çətinlikləri:

1.Uşaq danışmır.

2.Balaca uşaq kimi danışır.

3.Adlandırma mərhələsindən geri qalır.Əşyanı tanıyır,adını söyləyir,cümlə qurmur.Ünsiyyət prosesində-jest,hərəkət,işarələr vəs işlədir.

4.Aydın olmayan nitq.

5.Nitqdə duruxmalar.

6.Danışmaq istəmir.

Nitqin düzgün inkişafı ətrafdakı bir çox amillərdən asılı olub tədricən formalaşır.Nitqin inkişafına bir neçə amil təsir edə bilər.Məsələn:musiqi,oyun,tapmacalar,nağıllar,şeirlər,yanıltmaclar vəs.

Ana bətnində uşaqla düzgün ünsiyyət qurması gələcəkdə onun tez danışmasına kömək edir. Hamiləliyin ilk günlərindən etibarən bətndaxili uşaqla ünsiyyətdə olmaq lazımdır.Uşaq ata-ana məhəbbətini hiss etməlidir.Körpə dünyaya gələndən sonra da,diqqət azalmamalıdır.Analar körpəni yedizdirərkən onunla göz təması qurmalı,danışdırmalıdırlar,yuxuya gedərkən həzin səslə layla oxumalıdırlar.Bir müddət sonra körpə səslər çıxararaq anaya qarşılıq verəcək.Uşaqlar ətrafındakı səsləri,nitqi dinləyərək dili və danışmağı öyrənirlər.Körpə uşaqlar səsə qarşı çox hissiyatlı olurlar.Uşaqla danışarkən düzgün və səlis nitqdən istifadə olunmalıdır,çünki körpə danışılan hər şeyi başa düşür,beyninə yığır,lazım olduğu vaxt sizə cavab verəcək.Körpəni qucağınıza alanda və ya əlindən tutub ictimai yerlərdə gəzdirdikdə əşyalarla tanış etmək lazımdır.Körpələr müxtəlif elektrik əşyalarının səsindən qorxursa həmin səslər olan yerə aparmayın.Bu qorxu körpənin nitqinin ləngiməsinə səbəb olar.

Uşaqlarla kiçik yaşlarda müxtəlif oyunlar oynamaq gələcəkdə onun intellektual səviyyəsinin yüksəlməsinə təsir edir.

Nitq anlamanın inkişafında dövrlər:

0-6 ay. “Qığıldama”dövrü.Uşaq səsə qulaq asır,tanıyır,qığıldayır.Hecalar ifadə etməyə çalışır.
6-12 ay.Hecaları birləşdirməyə çalışır.Eşitdiyi səsləri təqlid edir.Bir neçə sözlərlə əmrlərə tabe olur.Məsələn:al,dur,əlini ver,öp vəs.Lüğət 10söz.
12-18 ay.Sadə cümlələr qurur.Sifət və əvəzlikdən istifadə edir.(mən,sən)Əşyaların adlarını tanıyır.Lüğət 10-25söz.
18-24 ay.İki sözlü cümlələrin sayını artırır.Dediyi sözlərin mənasını anlayır.Lüğət 50 sözə yaxın olur.
24-36 ay.Çoxhecalı sözlər deyir.Tərkibində 3-4 söz olan mənaca yaxın cümlələr qurur.Çoxlu suallar verir.L-R hərflərinin səslənməsində qüsur ola bilər.Lüğət 1000 sözdən ibarət olur.
4 yaşında.Qrammatik cəhətdən düzgün cümlələr qurur.Əşyaları qruplaşdırır.Lüğət 2000 sözdən ibarət olur.
5 yaşında.Bütün sözləri təmiz deyir.Mətni təkrarlayır,əşyaları fərqləndirir,fikir yürüdür,nağıllarda doğru və ya yalnışı ayırd edir.Lüğət ehtiyyatı 3000 sözdən ibarət olur.
Uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmalıdır.Nitqdə olan qüsürlar vaxtında valideynlər və ya mütəxəssislər tərəfindən aşkarlanmalı və korreksiya edilməlidir.

Qeyd etmək lazımdır ki,inkişaf geriliyi olan uşaqlarla ciddi təlim proqramı əsasında müntəzəm olaraq pedaqoq,psixoloq,loqoped məşğul olrsa,müsbət nəticələri qısa müddət ərzində əldə etmək mümkündür.Ləngimə nə qədər tez aşkar olunub müdaxilə olunarsa mövcud problemi aradan qaldırmaq bir o qədər asan olar.

Əziz valideyinlər!Uşağınızı müşahidə edin,ona maraq və qayğı göstərin.Hər hansı bir problem hiss etdikdə narahat olub dərhal mütəxəssisə müraciət edin.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });