Yunis balamızın Sumqayıt şəhərində yaşayır. Onun 8 yaşı olsa da əqli göstəriciləri 3 yaş səviyyəsindədir. Yunis məktəblidir, 3-cü sinifdə oxuyur. Yunis balamız məktəbə getsə də, dərslərində çox zəifdir, hərifləri demək olar ki, bilmir. Eyni zamanda qavraması və yaddaşı da zəifdir. Balamızda gecə enurezi də var.
Yunis balamızı mərkəzimizə dəvət edərək onu müayinələrdən keçirdik. Məlum oldu ki, balamızın IQ göstəricisi 50-dir. Bu göstərici aşağı hesab olunur. Balamıza terapiya proqramı təyin etdik və Sumqayıt xidmət mərkəzimizdə terapiyalarına davam edəcək. 3 aylıq terapiya proqramı ilə Yunis balamızda irəliləyişlər və gözlə görüləcək qədər dəyişiklik olacağına inanırıq.
Oxunub: 36