Xəzər TV-də yayımlanan “Təsir Dairəsi” verlişindən müraciət edən Samir Narınc Psixologiya Mərkəzinin Gənclik xidmət mərkəzində oldu, bir çox müayinələrdən keçdi. Belə ki, Samirdə stress, əsəbilik, yuxusuzluq özünü göstərir. Bildirdiyinə görə gün ərzində 3-4 saat yatır. Bu da nəticədə gərginliyə, xroniki yorğunluğa gətirib çıxarır. Əsəbiliyi, stressi təzyiqinə də təsir edir, yüksək təzyiqlidir. Eyni zamanda Samirdə paranoyalar, şübhəli fikirlər də var. Bu şübhəli fikirləri də daha çox həyat yoldaşına yönəlikdir.
Samir üçün kompleks terapiya proqramı təyin etdik. Həmçinin, Samirə dərman müalicəsi də lazım olacaqdır. Mütəxəssis tərəfindən dərman müalicəsi də yazılıb. Mərkəzimizdə isə həm aparat, həm psixoloq terapiyası alacaqdır.
Oxunub: 38