Autik uşaqlarla rəftar

\Autist uşaqları olan valideynlər tez-tez özlərinə belə bir sual verirlər: Niyə bu məhz bizim başımıza gəldi? Bundan qaçmaq olarmı?

Bu suala cavab yoxdur. Bir neçə versiya mövcuddur, lakin bunların heç biri tamamilə sübut edilməmişdir.

Əvvəllər hesab edirdilər ki, autizm intellektin az olmasıdır. Hal-hazırda isə sübut edilmişdir ki, bu belə deyil. Autist uşaqlar arasında təxminən 30% orta intellekt səviyyəsindən yuxarı, bəzilərində hətta tam yüksək intellekt var, lakin əqli geriliyi olan uşaqlara da rast gəlinir.

Bəzən elə bilirik ki, autistlərə heç kim lazım deyil, onlar yalnız qaldıqda rahat olurlar. Əslində isə bu belə deyil, onlar cəmiyyətə ehtiyac duyurlar, onlar istəyirlər ki, cəmiyyət onları anlayışla qarşılasın, sadəcə bunu necə etmək lazım olduğunu bilmirlər.

Bu halda valideynin əsas vəzifəsi onun xarici dünyayla əlaqəsini qurmağa kömək etməkdir.

Autizm-inkişafın elə pozuntusudur ki, bu zaman ətraf aləmlə və başqa insanlarla sosial əlaqələrin formalaşması çətinləşmiş olur.
Əsas simptonları ümumi xarakter daşıyır- bu ünsiyyətdən qaçmaq, yayınmaq, ekstremal təklik, eləcə də streotip davranış kimi mənəvi formalardır.

Autist uşaqlar digər uşaqlarla ünsiyyət qura bilmirlər və onların əlaqəyə reaksiyası digər insanların nöqteyi-nəzərincə parodoksaldır.
Ən çox rast gəlinən təzahürü qarşısındakının gözünə baxmaqdan yayınmaq, ünsiyyətə qoşulmaqdan çəkinməkdir.
Əslində onlarda ünsiyyətə girmək tələbatı var, lakin bu şüursuz mexanizm mükəmməldir. Buna görə belə uşaqları ünsiyyətə daxil olmağa məcbur etmək, israrlı olmaq lazımdır.
Uşaq həyatının ilk əvvəlində bu uşaqla ananın münasibətlərində özünü göstərə bilər .
Əgər uşaq valideynləri və yaxud başqa insanlarla az ünsiyyət qurursa, onda mütəxəssislər tez bir zamanda autizm diaqnozunu müəyyən etməyə bilərlər. Bu vəziyyətdə uşaq uşaq oyunlarının mənasını anlamır, məs: qaçdı-tutdu oyunu.
Autist uşağın yaşıdları ilə əlaqəsini qurmaq çox çətindir, lakin buna görə də uşaq cəmiyyətdən təcrid edilmiş kimi qala bilər.
Autist uşaqlar istəklərini və emosiyalarını monoton səslərlə bildirir, dialoqda iştirak etmirlər. Bu cür uşaqlarda taktil hissiyyat və ya həssaslıq müşahidə oluna bilər. Autist uşaqlar hiperhissiyyatlı uşaqlardır. Buna görə də onlarla çox ehtiyyatlı olmaq lazimdır.
Onlarla sakit danışmaq, yavaş və dəqiq toxunmaq lazımdır. Başqa cür olsa, isterika yarana bilər.
Körpənin müqavimətinin öhdəsindən gəlməyə və onu real həyata qatmağa çalışmaq lazımdır. Uşağın diqqətini maraqlı oyuna cəlb etməklə ona gözə baxmağı, onunla söhbət etməyi öyrətmək lazımdır ki, bu da iki tərəfli olmalıdır. Dilin köməyi ilə də ünsiyyəti stimullaşdırmaq olar. Məs: uşaq fincan istəyirsə, ona məhz fincan verin, əgər o qaşıq xahiş edirsə, amma əslində ona fincan lazımdır, onda ona qaşıq verin.
İstənilən davranış və hərəkətin düzgün forması uşaqla ünsiyyətin əhəmiyyətli qaydasıdır.
Autist uşaqları cəzalandırmaq qəti surətdə olmaz. Belə uşağa daha çox vaxt ayırmaq və mümkün qədər çox ünsiyyət saxlamaq lazımdır.
Bu körpələr adi uşaqlara nisbətən ünsiyyətə daha çox ehtiyac duyurlar.
Məhz buna görə autist uşaqları ixtisaslaşdırılmış, korreksiya işləri aparılan mərkəzə və ya məktəbə vermək lazımdır

Əsas uşaqla səbirli və mehriban olmaq, həmişə müvəffəqiyyətə inanmaq lazımdır.

Valideynlər hər şeydən əvvəl uşağa onun xarici dünyayla əlaqəsini qurmaqda kömək etməlidir. Uşağa psixoloji, emosional komfortu, özünəinam və təhlükəsizliyi hiss etməyi sonra isə tədricən bilik və bacarıqları, davranış qaydalarını öyrətmək olar.

  • Uşaqla mümkün qədər çox söhbət etmək lazımdır, hətta uşaq buna laqeyddirsə, yadda saxlamaq lazımdır ki, onun ünsiyyətə digər uşaqlara nisbətən daha çox ehtiyacı var.
  • Uşağın hər biri sözünü, jestini müşahidə etmək vacibdir. Bu balaca uşağın daxili aləminin genişlənməsinə kömək olar və öz emosiya və hisslərini sözlərlə deməyə gətirib çıxara bilər.
  • Əgər uşaq hər hansı bir əşyaya yaxınlaşırsa, o əşyanı adlandırmaq və uşağa əşyanı əlində saxlamağa imkan vermək lazımdır. Bu cür yanaşma ilə uşaqda bütün analizatorlar – görmə, eşitmə, hiss etmə və s. inkişaf edir.
  • Bu cür uşaqlara əşyanın adını təkrar-təkrar demək lazımdır.
  • Autist uşaq əgər tam nə iləsə məşğuldursa (məs: güzgüdə özünə baxır) yavaşca danışıqdan istifadə etmək lazımdır. Uşağa aid olan əşyanı adlandırmaqla danışmaq olar. Bu danışmayan uşağa psixoloji maneni addımlayıb keçməyə və lazım olan sözü deməyə kömək edir.
  • Əgər uşaq əşyalarla və yaxud oyuncaqlarla oynayırsa, onunla bir yerdə oynamaq, oyunu maraqlı etmək lazımdır. Məsələn, kubikləri yan-yana düzməklə qatar düzmək, kağız qırıntılarını göyə atmaqla atəşfəşanlıq təşkil etmək və s. kimi
  • Ən əsası bu cür uşaqları necə varsa elə qəbul etmək, heç kəslə müqayisə etməmək lazımdır.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });