1 May 2025-ci il tarixində I Autizm Festivalı keçirilib. Milli Aviasiya Akademiyasında (MAA) keçirilən tədbirdə Narınc Psixologiya Mərkəzi xüsusi stendlə təmsil olunub. Festivalda dövlət rəsmiləri, Milli Məclis deputatları və tanınmış ictimai xadimlər də iştirak edib. Həmçinin, festival ölkə üzrə fəaliyyət göstərən qabaqcıl mərkəzləri bir araya gətirib.

Festivalın keçirilməsində məqsəd autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiyası yolunda görülən işləri nümayiş etdirmək, cəmiyyətin diqqətini autizm spektr pozuntusu olan uşaqların çətinliklərinə yönəltməkdir. Biz mərkəzlər olaraq bir yerdəyik, birliyimizlə, əllərimizi birləşdirib övladlarımızın sağlamlığı yolunda daim mübarizə aparmağa hazırıq! Aprel ayı, autizm fərqindəlik ayıdır. Mavi rəng isə onların rəngidir- onların səsini, onların mesajını dünyaya çatdırır!

Festival zamanı qonaqlara uzman klinik psixoloq Narınc Rüstəmovanın müəllifi olduğu kitablar, tədqiqatlar və psixoloji oyun kartları təqdim edilib. Həmçinin, möcüzəvi neyropsixoloji aparatların funksiyaları və iş prinsipi haqqında məlumat verilib, maraqlanan iştirakçılar üzərində əyani şəkildə tətbiq olunub.
