Ananın keçirtdiyi hisslər və körpəyə təsiri

Ananın keçirtdiyi hisslər və körpəyə təsiri

Ana qarınındakı körpə ananın keçirdiyi hisslərdən təsirlənir

Ana qarını körpə üçün yalnız fiziki təhlükələr yaratmır, eyni zamanda anadakı mənfi duyğular bir enerji dalğası kimi körpəyə də təsir göstərir.Bir çox mənfi və yaxşılaşmayan xəstəliklərdə ana qarınında qəbul edilən mənfi duyğuların böyük rol oynadığı məlumdur. Ana qarınındaykən yığılan bu mənfi enerji doğumdan sonra da dav[am etsə irəliləyən illərdə həyata mənfi baxan, eyni zamanda tez- tez xəstələnən bir şəxsin ortaya çıxması qaçınılmazdır.

Düşünərək stressdən xilas ola bilməzsiniz

Bədəndə neqativ enerji toplandığı zaman və bu enerji aktiv olduğu müddətdə yalnız düşünərək və stress yaratdığı düşünülən hadisələrdən uzaq dayanaraq stressin bədəndəki təsiri yox edilə bilməz. Stressin bu təsirini yox etmək üçün səbirli, ciddi və hisslərə əsaslanan işlərə ehtiyac vardır.

8 hissədən ibarət olan Uran tətbiq proqramı 3-cü ayını tamamlamış hamilələrə tətbiq edilir. 4 ay davam edən işlərdə ana namizədlərinə hamiləlik dövründə hər cür qayğıyla və neqativ hisslərlə necə mübarizə aparmaq lazım olduğu izah edilir, texnikalar öyrədilir. Proqramın çətin tərəfləri EFT və avto hipnoz üsullarıdır. Bu proqramın hədəfi yalnız hamiləliyin ananın üzərinə düşən tərəfini deyil, əsas olaraq körpə tərəfini əhatə edir, belə ki bu üsul anadakı mənfi duyğuları təmizləyərək körpənin gələcəyini qurtarmaq məqsədi daşıyır. Ana bətnindən neqatib enerji ilə əhatə olunmamış bir körpə gələcəkdə hər bir çətinliyin öhdəsindən gələ bilir.

Neqativ hisslərdən xilas olun ki, körpənizlə aranızdakı münasibət möhkəm olsun

Şüuraltında yığılmış hisslər sizin fiziki bədəninizlə ruhunuzun arasına çəkilmiş bir divardır.Bu divarı yox etmədən ruhunuzu təmsil edən sevgi hissini oyatmaq asan deyil. İçinizdə yenidən yaranacaq sevginin enerjisi körpənin toxumalarının inkişafını müsbət istiqamətdə təsir edəcək. Sizin ruhunuzdan körpənin ruhuna axacaq sevgi körpənizin bu dünyaya güvən hissi içində gəlməsinə səbəb olacaq. Belə olduğu halda isə körpə anasının sevgisini hər an hiss etdiyi üçün ağlayaraq bunun təsdiqini istəmir. Ailə içində yaradılan dinc mühit ana və körpəni xroniki stressdən qoruyur.

bebe.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });