Psixomola

Psixomola

Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid, bioloji, psixoloji, fizioloji, ictimai inkişafın müşahidə olunduğu dövrdür. Yeniyetməlik dəyişmə müddətidir. Şəxsiyyətin ortaya çıxmasının reallaşdığı, sorğuların başladığı, qarışıqlıq və qərarsızlıqlar müddətidir. Valideynlərdən ayrılıb müstəqilliklərini qazanmaq istəyinin olduğu, lakin eyni zamanda yetkin olmanın tələb məsuliyyətlərdən qaçmadır.
Bütün bunları nəzərə alsaq yeniyetme olmaq asan deyil. Eyni şey ana atalar üçün də etibarlıdır, yeniyetme valideyni olmaq heç də asan deyil. Yeniyetme artıq valideyndən uzaqlaşma, onların səhvlərini tapmaq, zəifliklərinin fərqinə varmağa və yoldaşlarına daha çox yönəlməyə başlayır. Bu nöqtədə də valideynlərin qorxuları dövrəyə girir. Övladlarının səhv dostluqlar quraraq yanlış istiqamətə yönəlməsi, risk alma, maddə və spirt istifadə riski, aqressiv davranışların artması, dərs, iş davranışında problemlərin meydana gəlməsi və akademik həyata maraqsızlıq kimi onları narahat edən hallar ortaya çıxır. Bunun Sorğunun və öyüd-nəsihətin başlandığı nöqtədə, yeniyetme valideynlərindən uzaqlaşmağa başlayır. Burada yarana biləcək emosional qırıqlığı nəzərə alaraq bir mütəxəssisdən yardım almaq və çətin prosesin öhdəsindən gəlmək həm yeniyetməni həm də valideyni rahatlaşdırar.

Hansı hallarda psixomola ola bilər?
Yeniyetmə ilə kommunikativ olaraq qopuqluq yaşanmağa başlanıbsa,
Şəxsiyyət qarışıqlığı yaşanırsa,
Valideyn olaraq, yeniyetmə övladınızla necə davranacağınızı bilmirsinizsə,
Akademik müvəffəqiyyət düşürsə,
Spirtli içki və maddə istifadəsinə başlayırsa

Agresif davranışları artırsa

Sosial uzaqlaşma və bənzəri hallarda psixoloqa müraciət edilə bilər.

Əgər yuxarıda qeyd olunan hallar övladınızda da müşahidə olunursa mütəxəssisə müraciət etməyiniz mütləqdir. Unutmayaq ki, yeniyetməlik dövrü bizim həyata sağlam formalaşmış fərd kimi addım atmağımız üçün mühüm bir keçid dövrüdür.

Validə Abbasova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

kayzen.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });