Biz bunu mövcud vəziyyətin əhatəetdiyi istənilən reaksiyanı edə bilmək adından fərqli şəkildə əks etdirən bir yalançı davranış kimi təsvir edirik. Ailələri narahat edən yalançı davranış, beş-altı yaşına qədər qorxudan bir şey deyil. Zehni, sosial və emosional inkişafı nəzərə alaraq, uşaq bir yalan konsepsiyasını anlamağa və altı yaşdan sonra əxlaqi bir quruluşda qiymətləndirməyə imkan verə bilər.
Uşağın emosional dünyasının yaratdığı ssenarilər, onun qəhrəmanları, xəyalları və onlarla əlaqələri, gerçək bir vəziyyət olaraq sizinlə paylaşılır, yalan sayılmamalıdır və özünüz üçün açdığınız bu davranışların önünə keçilməməlidir.
Məktəbdə bir uşaq yalan danışmağın səbəblərinə baxacaq; Onun gözləntilərinə cavab verə bilməyən bir uşaq, ailənini xəyal qırıqlığı içində saxlamaq üçün yaşadıqlarından daha xəcalətli hisslərini əks etdirə bilər. Məsələn; Atasını dostuyla dalaşmayacağını vəd verən uşağın hadisəni inkar edə bilməyəcəyi və ya qonşu tərəfindən şikayət verildiyi zaman özünü haqq qazandırmaq üçün yalan söyləyə bilər.
Edilən bir araşdırmada yalan danışan uşaqlarda, aşağılıq hissi, təqsirsizlik hissi, təcavüz və qısqanclıq hissi ilə üstünlük təşkil edirlər. Bu vəziyyətdə uşaqlarımızın ətrafının onları qəbul etməsi,əksiklikləri səbəbi ilə dəğər itirməmək, ətrafındakı insanları xoşbəxt edərək onların maraq və sevgisini qazanmaq üçün bu şəkildə hərəkət etdiklərini göstərir. Məsələn; Kasıb bir şagird, sinif yoldaşlarından eksik yaşadığını hiss etdirməmək üçün maddi vəziyyətlərinin yaxşı olduğunu deyir və ya ailənin,məktəbin,cəmiyyətin təsdiqləmədiyi bir rəftarı reallaşdırmayan uşaq müxtəlif ssenarilərlə vəziyyətini məqbul şəkildə dəyişə bilər.
Bəzi uşaqlar müəyyən bir yaşa gəlsələr də, hadisələri şişirdərək və maraqlı bir şəkildə təəccübləndirməklə ətrafdakıların diqqətini cəlb etməkdən böyük məmnunluq hissi keçirirlər. Bu cür uşaqlar ailə və dostlar mühitində öz şəxsi xüsusiyyətlərinin və onların mənafeyinin çatışmazlıqlarını aradan qaldırmaq üçün davranırlar.
Mövcud vəziyyətdən zərər görməmək üçün insanların dedikləri yalanlardan əlavə, müəyyən məqsədlərə sistematik şəkildə nail olmaq üçün həqiqətə yaxın bir yalançı davranış da mövcuddur. Ailəsindən və dostlarından uzaq qalan münasibətlərində müəyyən dəyişikliklərə məruz qalan uşaqlar daha çox oğurluq, yalan danışmaq hallarına meyilli olurlar.
Başqalarından fərqli olan bir patoloji yalan, əhval pozuqluğunun bir simptomu olaraq qiymətləndirilir. Ümumiyyətlə, gündəlik həyatda qarşılaşdığımız yalanların əksəriyyəti ailə içində ünsiyyət olmamasıdır.
Uşaqlarını idealistləşdirdiyi bir prototipə oxşatmağa çalışaraq öz müqəddəratlarını müqayisə etməklə öz mənliklərini təmin etmək isteyen ailələr uşaqlarına səhv etmək və zəif olmaq haqqı tanımırlar.
Uşaq və ailə arasındakı münasibətlər məhv edildikdə, qarşılıqlı səhvlər, məsuliyyətsizlik qınanılmadan danışıla bilər və mövcud problemlər tənqid olunmadan qəbul edilə bilər və problemi həll etmək üçün birgə hərəkətlər edilə bilərsə, bəlkə baş verən problemlər tamamilə aradan qalxmayacaq lakin yalan danışmaq davranışları nəzarət altına alınacağı və problemin böyüyüb həll olunmamasının qarşısı alınacaqdır.
Tərcümə etdi:Abbasova Əminə (Narınc Könüllü qrupunun üzvü)