Touretta sindromu uşalıqdan başlayan bir tik xəstəliyidir. Uşaqların 20%-də bu müşahidə olunur. Bu sindromun yaranmasında irsi amillər ön plana çəkilir. Araşdırmalara əsasən beynin dərin bölgələrindəki bir qrup hüceyrələrin fərqli olması buna səbəb ola bilər. Tiklər bədənin hər hansı bir hissəsində təkrar təkrar meydana gələn istəmsiz, sürətli, ani hərəkətlərdir. Touretta xəstələrində səsli tiklər də vardır.Bu öskürmə, boğaz təmizləmə şəklində ortaya çıxa bilər. Hər yüz uşaqdan birində çox sayda motor tiklər (hərəkətlər) və vokal tiklər (səslər) görülür və bu illərlə qala bilər.Bəzi touretta xəstələri açıq-saçıq, pis sözlər söyləyərlər. Bu da bir tip tikdir. Bu simptom “Koprolali” yəni “pis danışma” olaraq adlandırılır. Touretta sindromlu xəstələrdə koprolali əlamətləri varsa, şəxsin həyatı daha da məhdudlaşır və getdikcə sosial həyatdan təcrid olunur. Touretta sindromlu şəxs könüllü olaraq bir müddət tikləri etməyə bilər. Amma, bu müddət şəxs üçün olduqca rahatsız edici olur. Adətən bu dönəmdən sonra bir partlayış baş verir, həmin müddətdə etmədiyi tiklər bir tik fırtınası kimi ortaya çıxar.
Touretta sindromlu şəxslərin çoxunda bəzi ortaq özəlliklər izlənilir.Uşaqlıq vaxtlarındakı hiperaktivlik və diqqət əskikliyi, qorxu və depresiyanı buna misal göstərə bilərik. Eyni zamanda bu şəxslər normal zəkaya malikdirlər.
Touretta sindromunun müalicəsində dərman terapiyasından istifadə olunur.Dərman müalicəsi problemi tam aradan qaldırmasada, şəxsin həyatına dərindən təsir etməyəcək duruma gətirir.
TOURETTA SİNDROMU HEKAYƏSİ
Cem dedi : “Mənə göz qırpmağı kəs artıq!”
“Amma səndə mənə göz qıpırsan” deyə bacısı cavab verdi.
“Cem, bu hərəkəti sən bütün həftə elədin” deyərək atası səsləndi.Səsində bunu etməyi dərhal kəssən yaxşı olar xəbərdarlığı vardı.
Cem gözlərini yumdu,ancaq, təkrar açdığında göz qapaqları bir kəpənək qanadları kimi qırpışdılar.
Anası və atası bir-birlərinə baxdılar. “Səni bir göz həkiminə aparmaq lazımdır” dedi valideynləri.Nə problem olduğunu anlayarıq.
Cem göz həkiminə gedənə qədər göz qırpmaları dayanmışdı. Amma, indi də burnunu çəkirdi.Həkim allergiyadan ola biləcəyini söylədi.
Sabahı gün Cemin burun çəkmələri xaric sinif çox səssiz idi.
“Müəlliməm!” deyə səsləndi Cansu.“Cemin burun çəkmələri üzündən diqqətim yayınır”.
Meleyke müəllimə Cemə dəsmal uzadaraq, burnunu silməsini dedi.Cem burnunu sildi, amma, burun çəkmələri daha da pisləşdi.Cem bunu etmək istəmirdi, ancaq durdura bilmirdi.
Bir neçə həftə içərisində burun çəkmələri də durdu. Cem çox sevincli idi.
Bir gün yeməkxanada ən yaxın dostu Ali ilə oturmuşdu.
“Başınla nə edirsən elə?”- deyə Ali soruşdu.
Cem bəzi uşaqların gözünü ona dikdiyini və ona güldüklərini gördü. Cem qulağının çiyninə dəymək istəyənmiş kimi başının yana əyildiyinin fərqinə vardı. Başını digər tərəfdə eyni şəkildə əyərək vəziyyəti saxlamağa çalışdı.
“Kəs bunu, məni qıcıq edirsən” deyə Ali danışdı.Cem başının hərəkətini durdurmağa çalışırdı, çünki, hərəkət onu incidirdi.Cem özünü qorxunc hiss edirdi:
-Nə üçün bədənimə söz çekirə bilmirəm?-deyə,öz-özünə danışırdı.
Məktəb sonrası Cemin anası onu maşını ilə üzcüçülük yarışına apardı.
Cem, “ bugün qalib gələ biləcəyikmi?”- deyə Alidən soruşdu.
Ali dəliyə dönmüşdü. Başını belə hərəkət etdirsən, biz necə qalib gələ bilərik ki ?!
“Durdurmaq istəyirəm!” ,“Amma durdura bilmirəm!
Yarış zamanı Cem sadəcə üzməyi düşündü. Başı, o nə zaman nəfəs almaq istəsə o zaman hərəkət etdi. Və bununlada Cemin komandası qalib gəldi.
Hovuzdan ayrıldıqdan sonra anası, “ bu hərəkəti etməyi kəs!” dedi.
“Durdura bilmirəm”
“Bu doğru deyil” dedi anası.Bu hərəkəti yarışma vaxtı etməmişdin.
Cemin gözlərindən yaşlar töküldü. Fərqli olmaq istəyirdi. Ailəsi ona qəzəbli idi.Sinif yoldaşları ona gülürdülər.Ali belə onu başa düşmürdü.
“Məni başa düşmürsənmi ana?” deyərkən Cem yumruqlarını sıxmışdı.
“Vücudum məni dinləmir!”
“Narahat olma” deyən anansı onun başını sığalladı.Nədən belə olduğunu öyrənəcəyik.
Cemin anası və atası onu bu mövzuda uzman olan bir həkimə apardılar.Dr.Hulki bəyə göz qırpmalarını, burun çəkmələrini və baş əymələrini anlatdılar.
Hulki bəy bunların bir “tik” olduğunu söylədi. Bəzən onları eləmək məcburiyyətində hiss edərsən və bəzən də tikin olduğunu bilməzsən. Əgər bu vəziyyət uzun müddət davam edərsə Touretta sindromu və ya T.S adlandırılır.
Cem : Bəzən canımı incidir.Uşaqlar məni ələ salırlar. O, anasına və atasına baxaraq, dedi : “Anamı və atamı belə bezdirirəm!”
“Üzr istəyirəm,oğlum”- dedi atası. Bunları bilərəkdən etdiyini düşünürdük. “Özəlliklə üzmə vaxtı başını əymədiyin üçün”- dedi anası.
“Tiklər belədir”- dedi Hulki bəy.Beyin başqa şeylərlə məşğul olduğunda tiklər olmaya bilər. Bəzən bir-ikisində tuta bilirsən, ancaq, sonunda onu yenədə edirsən.
“Məndə də eyniylə belədir”- dedi Cem.Bəs nədən baş verir bunlar, səbəbi nədir ?
“Vücudunda hər hansı bir hissəni hərəkət etdirmək istədiyində, beynindəki bir bölgə digərinə mesaj göndərir” deyərək cavabladı Hulki bəy. Bu mesajı bəzən kimyəsəl maddələr daşıyır.Tikləri olan insanlarda bu kimyəsəl maddələrdə bir artıqlıq vardır ki, bu da hərəkətləri başladır. Həkim rəfdən bir qab dolu yumru muncuqlar aldı.Onların içindən birini alaraq qabın içinə geri qaytardı.Muncuğu buraxmaq hərəkəti başlatmaya bənzər, amma, çox sayıda başlatmaq istəsəm.Həkim daha çox muncuq alıb, qabın içinə atdı.
Yerə tökülmüş muncuqları yığaraq, hər tərəfə dağılırlar dedi Cem.
“Bax T.S da belə olur”- dedi həkim. Çox hərəkət başlar və bunları durdura bilməzsən.
“Bəs Cemə necə kömək edə bilərik?”- deyə anası soruşdu.
“Tiklərin 1 il boyunca davam edib,etməməsinə baxacayıq. Cemi həqiqətən narahat etməyə başlayarsa, dərmandan istifadə etməyi düşünə bilərik”.
Həkim muncuq qabını böyük bir kasanın içinə qoydu və üstünə daha çox muncuq atdı. Qab dolduqdan sonra muncuqlar kasaya tökülməyə başladılar.Kasanın muncuqları tutduğu kimi, sənində tiklərini kontrol etmək üçün edə biləcəyin şeylər var.Tikləri kontrol etmək asan deyildir, özəlliklədə hər an yeni birisinin çıxma ehtimalı varkən.
Valideynləri tiklərlə mübarizə aparmağın yolunu axtarırdılar.Tikləri izləmək üçün bir qeyd dəftəri yaratdılar.Cem yorğun, əsəbi və ya bikef olanda tiklərin atdığını hiss etdilər.Cem tiklərin əvvəlində yaranan hüzursuzluq duyğusunun fərqinə varmağı öyrəndi.Bunun sayəsində tikləri tuta bilmək və ya insanların fərq edəməcəyi bir davranışa dönüşdürmək üçün fürsət tapa bilirdi.Bir gecə Cem aynada qolunun hərəkətini izləyərkən, bir qol tiki gəldiyini hiss etdiyində əlini şalvarın cibinə sala bilərəm- deyərək anasına baxdı. Bunun yaxşı fikir olduğunu söyləyən anası yumruq sıxmağıda yoxlamağı məsləhət gördü.
Bir gün Cem və Ali bərabər kitabxanaya getdilər.
“Layihəni bitirə biləcəyikmi?”- deyə soruşdu Ali.
“Əlbəttə”- dedi Cem və çaşqınlıq içərisində özünü hamıllayarkən gördü.
“İtlər girə bilməz” -deyə Ali gülümsədi.
Cem təkrar hamladı.Ali qaşlarını çataraq, “ Cem kəs bu səsi!”- dedi.
Kitabxana nəzarətçisi “İt səsi eşitdim!” deyərək yaxınlaşdı.
“Burada it yoxdu”- dedi Cem.Ancaq nəzarətçi geri dönər-dönməz Cem təkrar hamladı.Səsi eşidən nəzarətçi ikisinində kitabxananı tərk etməsini söylədi.
Ali: “ bəsdir artıq” deyərək Cemdən uzaqlaşdı.Hər zaman qəribə davranırsan.Müəllimədən layihə üçün yeni ortaq istəyəcəm.
Cem onun arxasından qaçaraq “gözlə” deyə səsləndi.Sənə bir şey söyləməliyəm.Məndə Touretta sindromu var. Ali dayandı və Cemə baxaraq onun nə olduğunu soruşdu.Cem sindromu anlatdıqdan sonra “bunu mənə əvvəlcədən söyləyə bilərdin”- dedi Ali.Mən sənin ən yaxın dostunam, elə deyilmi ?
Cem özünü daha yaxşı hiss etdi. “Ən yaxını” dedi.
Cem Aliyə T.S-nu söylədikdən sonra anası ilə bərabər bütün sinifdə söylədilər.Uşaqlar çox sual verdilər.
“Mən bunu eşitmişdim!”- dedi Deniz. Sən pis söz deyə bilərsən və bundan canını qutara bilərsən”. Bu fikrə bütün sinif güldü.
T.S olan bir çox uşaq pis sözlər işlətmirlər” -deyə Cemin anası danışdı.Ancaq televizordan bu cür tikləri göstərməyi xoşlayırlar.
“Bir çox insanda Touretta sindromu var” deyə əlavə etdi Melike müellime.Onlar bir çox şey edə bilərlər.Həkim, futbolçu, hətta müəllimə belə ola bilərlər.
“T.S həmişə olacaqmı?” – deyə Burak soruşdu.
Cem anasına baxdı.Anası başını salladı.Bəlkə. Ancaq yaş artdıqca çox insanda tiklər azalır.
Cemin tikləri hər dəyişdiyində,onlarla mübarizə aparmaq üçün yeni bir yol tapması lazım idi.Tikləri dəyişdirmək üçün alışdırma eləmək lazım idi. Cem artıq özünü daha rahat hiss eləyirdi.Heç olmasa ailəsi və sinif yoldaşaları bu tikləri bilərəkdən eləmədiyini bilirdilər. Cem hər gün üzməyə çalışırdı. Üzdüyü zaman enerjisi üzməyə sərf olunurdu və tiklər olmurdu.Tək düşüncəsi sərin suyun içərisində süzülmək olurdu.
Tərcümə etdi:Məcidli Aygün (Narınc Könüllü qrupunun üAzərbaycan Dövlət Pedaqoji Universitetinin magistrı,1-ci kurs