Uşaqlara yemək yeməyi necə sevdirə bilərik?

Bir uşağın sağlam inkişafını təmin etmək üçün düzgün və balanslaşdırılmış şəkildə böyütmək lazımdı. Buna görə də valideynlər uşaqlarının yemək yeməsi, yeməyi rədd etməməsi üçün məcburi şəkildə davranırlar. Belə bir halla valideyn qarşılaşarsa yemək zamanı bütün ailə üzvləri əziyyət çəkə bilər.
Uşaq 1-2yaşında gördüklərini təqlid etdiyi üçün ətrafındakıların yediyindən yemək istəyir,2yaşından sonra isə qidaları rədd etməyə başlayırlar.
Uşaqlar niyə qidaları rədd edir?

Uşaqların xüsusilə 2-5yaş dövründə yemək yeməyi rədd etməsi, inadcıl davranışları çox sıx müşahidə olunur. Bir uşağın yemək yeməkdən imtina etməsinin müxtəlif səbəbləri var. Uşaqların öz üzərində formalaşdırdığı ilk davranışlar yemək yeyib- yeməməsi, tualet vərdişlərinə yiyələnib-yiyələnməməsidir. Əgər uşaq davranışları formalaşdırmaqda çətinlik çəkərsə, valideyn də uşağa qarşı məcburiyyət sərgiləyərsə uşağın yeməkdən imtina etməsi və inadcıl olması ehtimalı artacaqdır. Uşağın qidalanma rejiminin pozulmasının bir cox səbəbləri vardır: qan azlığı, temperaturun yüksəlməsi və s tibbi problemlər, boşanma və mühitin dəyişilməsinin uşaqda yaratdığı psixoloji travmalar, valideynlərin uşağı qidalandırmasında etdiyi səhvlər və s.
Uşağın qidalanmasına önəm verən valideyn sağlamlıq üçün məcburi uşağa yemək verərək uşaqla özü arasında konfliktin yaranmasına şərait yaratmış olur. Uşaq müxtəlif səbəblərdən yeməkdən imtina edəndə çox valideyn məyus olur və düşünür ki “Mən yaxşı valideyn ola bilmirəm”. Uşaqlar da bəzən bundan istifadə edir.
Yemək zamanını necə əyləncəli təşkil etmək olar?
Yeməkdən əvvəl uşağa şəkər,şokolad,tort verilərsə uşaq sadaladıqlarımızdan çox yeyəcək və yemək vaxtı artıq doymuş olacaq . Ona görə də yemək vaxtı yaxınlaşanda əlavə qidalar verilməməlidir.
Uşaqlar yorğun və yuxulu olduqda iştahsız olurlar. Buna görə də valideynlər yemək saatını uşağa görə müəyyən etməlidir.
Uşaqla yeməkdən əvvəl oyun oynanılsa və zamanı əyləncəli keçirilsə bunun müsbətləri özünü yemək yeyəndə göstərəcək. Uşaq daha iştahla və həvəslə yemək yeyəcək. 
Yemək zamanı nələr edilməlidir?

Yeməyi məcbur yedizdirməyin.Yemək zamanı mükafatdan və cəzadan müntəzəm istifadə etməyin.Bu uşağın yemək rejimini poza bilər.

-Yemək vaxtı uşağı özünüzlə bərabər süfrə arxasında əyləşdirin. Bu uşağın sosiallaşmasına müsbət təsir edəcək.
-Yeməyi televizor və telefonun qarşısında yox, sakit şəraitdə yedizdirin. Yemək zamanı vaxtın əyləncəli keçməsi üçün mahnı və nağıl oxuya bilərsiz.
-Uşaqlar 1,5yaşından artıq qaşıq-çəngəl tuta bilirlər. Onları qaşıqdan çəngəldən istifadə etməsinə icazə verin. Yeməyi dağıtmasına göz yumun.
-Uşaqlar sizin sevdiyiniz yeməyi sevməyə məcbur deyil. Buna görə də uşaqların yeməyi seçməsinə icazə verin. Məcbur etmədən yeni qidaları yemək rasionuna daxil edin.
– Yeməyin miqdarını normal təyin edin. Doyduğunu gördükdə yedizdirməyi dayandırın uşağı axıra qədər yeməyə məcbur etməyin.
-Yeməkdən imtina edərsə yeməyi qarşısından götürün. Acdığında yenə eyni yeməyi qarşısına qoyun.
-Heç bir şey yemir deyə düşünüb uşağa lazımsız qidalar verməyin.
-Yemək zamanı uşağa qarşı aqressiv davranmayın sakit şəkildə səbirlə yedizdirməyə çalışın.
-Uşağı stol arxasında əyləşdirib yedizdirin. Arxasınca qaçaraq yemək yedizdirməyin.
Unutmayın hər uşağın böyümə tempi eyni deyildir. Uşağın tez böyüməsi onun çox yeməsi ilə bağlı deyil.
 

Tərcümə etdi: Əkbərzadə Təhminə
Mənbə: www.izmirpsikolog.com

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });