Nitq uşağın her terefli inkişafı üçün vacib olan əsas əlametdir. Nitq insanların anadangəlmə qabiliyyəti deyil. O uşağın tədricən inkişafi ilə formalaşır. Nitq nə vaxt başlayır? Nitqin əsası uşaqlıq dövründen başlayır. Uşağın ilk ünsiyyəti anadan olduğu andan ağlayarkən anasının ona cavab verməsi ilə başlayır.
0-3 aylıq uşaq anadan olarkən ağlayır narahatçılığı olanda ac olanda bir yeri ağrıyanda ağlamaqla biruzə verir.
3-6 ayliq dərhal səs gələn tərəfə çevrilir qiğıldamağa başlayır anasının səsini tanıyır.
6-12 ayliq sözləri və sadə göstərişləri başa düşür. Tək tək hecalardan və sözlərdən isdifadə edir.
12-18 aylıq nitqi anlama təqlid etmə başa düşmə dövrü başlayır. 100-ə qədər söz ehtiyyatı olur.
Ona göre ilk olaraq nitqdən başladıq ki loqopediya elmi nitqi öyrənir.Loqopediya sözünün mənası loqos-söz paydeo-öyrənirəm tərbiyə edirəm deməkdir. Yəni Düzgün nitqi tərbiyə edirəm mənasını verir.
Loqopediya elmiin məqsədi nədir? Loqopediya elminin məqsədi uşağın nitqinin normal formalaşmasına və son nəticədə onun tefekkürünün tam inkişafına kömək etməkdən ibarətdir. Bundan əlavə loqopediya elminin əsas məqsədi uşaqlarda yaranan nitq qüsurlarını aradan qaldırmaqdır.
Loqopediya elminin prinsipləri
1 inkişaf prinsipi
2 yanaşma prinsipi
3 nitq qüsurlarını psixi inkişafın digər tərəfləri ilə əlaqəli öyrənilməsi prinsipi
Nitqin inkişafı zamanı əsas problemlər
1 ayın sonunda yeçəyə görə ağlamırsa
4 ayın sonunda qiğıldamırsa və onunla danişan zaman gülmürsə
7 ayın sonunda yaxın adamların səsini tanımırsa
9 ayın sonunda vağ-vuğ etmirsə və böyüklərə baxaraq səsləri oxşatmırsa
1 yaşın sonunda sadə əmirləri etmirsə gətir- göstər
2 yaşın sonunda bədən üzvlərini göstərmirsə yaxın adamlarını şəkildə tapa bilmirsə
2.5 yaşın sonunda böyük-kiçiyi fərqləndirmirsə
3 yaşın sonu kiçik şeir və nağılın məzmununu anlamırsa məzmununu qısada olsa danışmırsa və suallara cavab vermirsə
4 yaşında heç bir rəngi tanimirsa və şeir deyə bilmirsə
Tədqiqatlar göstərirki 6 yaşına qədər uşaqlarin 30 % dən coxu tələffüs qüsurlarına malikdir. Nitq qüsurlarını yaradan səbəblər hansılardı? Nitq qüsurlarını yaradan səbəblər bunlardı mərkəzi nitq aparatının zədələnməsi periferik nitq aparatında problemlər irsiyyət psixo-sosial amillər. Nitq qüsurlu uşaqlar bir qayda olaraq həyatindan küskün əhval-ruhiyyədə olurlar. Nitq qüsurları çox zaman uşaqlarda kompleks özünə inamsızlıq yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar baxçaya və ya məktəbə getmək istəmirlər. Elə psixika var ki nitqi elə nitq var ki psixikani geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə nitqi yoxdursa bu onun psixoloji aləminə təsir edir. Buna görədə uşaqla defektoloji-loqopedik iş apararılarkən mütləq onun psixoloji səviyyəsi bacarığı yaşı diqqəti və aktivliyi nəzərə alınmalıdır.
Nitq qüsurları hansılardı? Nitq qüsurları 2 yerə ayrılır.
1 Şifahi nitq qüsurları
2 Yazılı nitq qüsurları
Şifahi nitq qüsurları bunlardı Dislaliya alaliya dizartriya rinolaliya disfoniya afoniya afaziya kekeleme bradilaliya taxilaliya
Yazılı nitq qüsurlari bunlardı disleksiya aleksiya disqrafiya aqrafiya.
Dislaliya-dis-pozğunluq laliya-nitq deməkdir. Nitq 5 yaşına kimi uşaqlarda tam formalaşıb bitir amma bəzi uşaqlarda bu yaş həddini keçmələrinə baxmayaraq onlarda səs tələffüzü qüsurları qalmaqda davam edir.
Dislaliyanın 2 növü var. Sadə dislaliya və mürəkkəb dislaliya. Sadə dislaliya 4 səsə qədər olan qüsurdu. Mürəkkəb dislaliya isə 4 və daha artiq səslərin qüsurlu teleffuzüdür.
Səs qüsurlarını aradan qaldırılmasının 3 üsulu var
1 Yamsılama
2 Mexaniki (zondların kömeyi ilə)
3 Qarışıq ( hər iki üsulla)
Alaliya A-inkar şəkilçisi laliya –nitq deməkdir. Uşağın bətndaxili və ya erkən inkişaf dövründə baş beyin qabığının üzvi zədələnməsi nəticəsində nitqin olmamasidir. Alaliya 2 növə ayrılır motor və sensor. Motor alaliya- nitq hərəki analizatorunun fəaliyyətinin pozulmasıdır. Sensor alaliya ise nitqi qavrama analizatorunun fəaliyyətinin pozulmasıdır. Sensor alaliyalı uşaqlarda exolaliya (təkrarlanma) da özünü göstərir.
Afaziya – baş beynin lokal zədələnməsi nəticəsində nitqin tam və ya qismən itməsidir. Bu qüsur beyinə qan sızma beyin damarlarının trombozu beyin qan dövranının pozulması kəllə-beyin zədələnməsi nəticəsində yaranır.
Rinonaliya-( tın-tınlıq yəni burunda danişma) nitq aparatının anatomik-fizioloji qüsuru nəticəsində səs tələffüzünün və səs temprini pozulmasıdır.Rinolaliyanın 2 növü var.
1 Qapali rinolaliya
2 Açıq rinolaliya
Qapalı rinolaliyanında 3 növü var.
1 Ön qapalı rinolaliya- burun divarlarının əyriliyi burun boşluğunda olan polip şişlərin nəticəsidir.
2 Arxa qapalı rinolaliya- uşaqlarda ən çox adenoidlərin böyüməsi burun-boğaz şişlərinin nəticəsidir.
3 Funksional qapalı rinolaliya- burun boşluğunun normal keçidi zamanı burun tələffüzünün pozulmasıdır.
Açıq rinolaliya üzvi və funksional ola bilər. Üzvi açıq rinolaliyaya misal olaraq yumşaq və bşrk damağın parçalanmasını göstərmək olar. Funksional açıq rinolaliya zamanı yumşaq damaəın ləng artikulyasiyasi ola bilər.
Dizartriya- nitq aparatının inervasiyası çatıçmamazlığı nəticəsində nitq tələffüzünün pozulmasıdır.
Disfoniya- səs tellərinin patoloji pozulmasıdır.
Afoniya – səsin tam batmasıdır.
Bradilaliya- nitq tempinin patoloji yavaşmasıdır.
Taxilaliya- Nitq tempinin patoloji tezləşməsidir.
Disleksiya oxu prosesinin qismən pozuntusu deməkdir. Həriflərin tanınmaması,hecalarda və hecaların sözlərdə birləşməsi ilə bağlı çətinliklər oxunun ləngiməsinə, sözün səs formasının səhv əks olunmasına, hətta ən sadə mətinin səhv başa düşülməsinə səbəb olur. Ağır dərəcəsi aleksiya adlanır. Aleksiya oxu prosesinin formalaəmamasıdır.
Disqrafiya yazı prosesinin qismən pozuntusu deməkdir. Ağır dərəcəsi aqrafiya adlanır. Aqrafiya yazı prosesinin formalaşmamasıdır.
Kəkələmə
Kəkələmək insanın qəsdsiz olaraq damaq səsləri ilə başlayan sözləri və hecaları təkrarlamasına, uzatmasına və ya kəsilməsinə verilən təsvirdir. Əsasən evin kiçik uşaqlarında rast gəlinir. Ən çox 2-7 yaş arasında olur. Ortalama 5 yaşdır.
Hər 100 insanın birində kəkələmə olur. Oğlanlarda qızlara nisbətən buna 4 dəfə artıq rast gəlinir. Uşaqların 20%-i ilk inkişaf vaxtlarında valideynləri narahat edir. 5%-i kəkələməyə 6 ay və daha artıq vaxt müddətində davam edir. 3/5- ü gec uşaqlıq vaxtına qədər davam edir. 1%-ə qədəri uzunmüddətli vaxtı əhatə edir. Ən düzgünü erkən müdaxilədir. Əgər uşaq kəkələməyə 6 aydan artıq başlayıbsa, onda mütləq nevropatoloq və loqopedə müraciət edilməlidir.
Kəkələmənin tam yaranma səbəbi məlum deyil. Bəzi araşdırmalar genin və ya stressin buna yol açdığını deyir. Digər bir araşdırma kəkələmə və teurətə sindiromu arasında əlaqə olduğunu deyir. Kəkələyən insanlar deyilməsi asan olanı deyirlər. Kəkələmə nitq aparatının əzələsinin qıcolmasıdır. İlkin olaraq kəkələməyə uşaq xəstəliyi deyilir. Kəkələyən insanlar daim açıq havada gəzməli və çoxlu vanna qəbul etməlidirlər. Kəkələyən uşaqlarla iş uzunmüddətli olur.
Kəkələmənin növləri:
- Klonik
- Tonik
- Qarışıq
Kəkələmənin ən yüngül forması klonikdir. Məsələn, uşaq maşın sözünü demək istəyir. Bu zaman həmin sözü belə tələffüz edir: ma…. ma…. maşın. Uşaq bu sözü deyərkən nitqində sanki bir “partlayış” əmələ gəlir.
Kəkələmənin ağır forması tonikdir. Tonik kəkələməni aradan qaldırmaq üçün mütləq klonik kəkələmənin tədricən azaldılmasına çalışılmalıdır. Bu zaman bir balaca da olsa yüngülləşmə əmələ gələ bilər.
Qarışıq kəkələmə kəkələmənin ən ağır forması sayılır. Burada həm 2 eyni-tonik, tonik həm də tonik, klonik növlərinin qarışığı ola bilər.
Kəkələməni xüsusiyyətlərinə görə belə qruplaşdırmaq olar: damaq kəkələməsi, nəfəs kəkələməsi, qıtlaq kəkələməsi, düşüncə kəkələməsi və s. Məsələn, uşaqda düşüncə kəkələməsi zamanı qəribə bir hal yaşanır. Belə ki, uşaq ailəsinin yanında olduqda çox kəkələyir. Mütəxəssis və ya kənar şəxslərin yanında olduqda isə bu kəkələmə hədsiz dərəcədə az olur. Yəni, bu artıq düşüncənin kəkələməni idarə etməsi deməkdir.
Nəfəs kəkələməsi zamanı sanki uşaq boğulur, nəfəsini düzgün istifadə edə bilmir və kəkələyir. Sürətli kəkələmədə uşaq sürətli nitq formasında kəkələyir, bu vaxt 5 dəqiqəyə deyəcəyi sözü 2 və ya 1 dəqiqəyə söyləyir. Kəkələmənin sürəti, yəni o dərəcədə tez olur. Xüsusilə qeyd olunmalıdır ki, sürətli kəkələmə zamanı uşaqlar lazım olanı deyil, onu əvəz edə biləcək asan sözü deyirlər.
Dodaq kəkələməsi zamanı isə uşaq m, p, v, b samit səslərini tələffüz edərkən daha çox kəkələyir.
İlahə Bəhmənzadə
Narınc Uşaq Psixiologiya Mərkəzi, Gəncə filialı, Loqoped