Uşaqlarda Minimal Beyin Disfunksiyası

Uşaqlarda Minimal Beyin Disfunksiyası

Minimal Beyin Disfunksiyası diaqnozu rast gelinən uşaqlarda oyanıqlığın artması, emosional qeyri-labillik, zəif nəzərə çarpan sensomotor və nitq pozğunluqları, qavramanın pozğunluğu, diqqətsizlik, davranışdakı çətinliklər, təcrübi vərdişlərin formalaşmasının çatışmazlığı və intellektual fəaliyyətin seçici defisiti əlamətləri ilə müşayiət olunan simptomlar göstərilir.Bu vəziyyətlər mərkəzi sinir sisteminin perinatal zədələnməsi,yarımçıq doğulma,erkən yaşda kəllə-beyin travması və neyroinfeksiya ilə əlaqədar beynin yüngül ocaqlı zədələnməsindən meydana çıxan simptomokomplekslərdir.
Uşaqlarda beynin funksional sisteminin inkişaf tempində ləngimə müşahidə olunur.Ümumi intellektual inkişaf norma və subnorma həddində olur,lakin uşaqların məktəbdə oxuması və sosial adaptasiyasında çətinliklər yaranır.
Bu diaqnozu necə təyin etmək olar:
Uşaqların erkənpsixo-motorinkişafıyaşagörəgeriqalır; gecoturur, gecyeriyir,gecdanışır.
Uşaq çox hərəkətlidir, hövsələsiz, diqqetsiz, tələskən, impulsivdir və ya əksinə, çox sakitdir, az hərəkətli, tez yorulandir.
Belə uşaqlarda qamət pozğunluğu, əyri-pəncəlik, görmə zəyifliyi, başağrıları, kəkələmə, enurez, kiçik motorikanın geriliyi (düymə bağlamaqda, ayaqqabı geyinməkdə,qayçıdan istifadə etməkdə çətinlik çəkirlər) və s. olur.
Minimal beyin disfunksiyası baş beynin erkən,lokal zədələnməsi kimi qiymətləndirilir,həmçinin disontogenezin xüsusi forması olub,ali psixi funksiyaların ayrı-ayrı hissələrinin yaşa görə formalaşmasının ləngiməsi ilə xarakterizə olunur.Nəzərə almaq lazımdır ki,mürəkkəb funksional sistem kimi ali psixi funksiyalar beyin qabığının məhdud bir sahəsində və yaxud izolə olunmuş hüceyrə qrupunda lokalizə oluna bilməz.Əksinə,birgə fəaliyyət göstərən zonanı özündə birləşdirən mürəkkəb bir sistemdir.Ali psixi fəaliyyət tamamilə müxtəlif bəzən beynin bir-birindən uzaq hissələrini əlaqələndirir.
Bir yaşdan üç yaşa qədər tez-tez oyanıqlığın artması,hərəki narahatlıq,yuxu və iştahanın pozğunluğu,çəki artımının ləngiməsi,psixonitq və motor inkişafının ləngiməsi müşahidə olunur.Üç yaşda motor qeyri-dəqiqlik,diqqətsizlik,hərəki hiperaktivlik,impulsivlik,tərslik və neqativizm diqqəti cəlb edir.Bu yaşda uşaqlarda artıq enurez və enkoprezin ilk əlamətləri müşahidə olunur.Tez-tez immunitetin pozğunluğu,tez-tez xəstələnmə,yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri (tonzillit),dəri (ekustativ diatez,neyrodermit) və mədə-bağırsaq pozğunluqları (qastroduodenik,öd yollarının diskineziyası) müşahidə olunur.
Simptomların yaranması uşağın bağçaya getdiyi günə (3 yaşa) və ya məktəb yaşa (6-7 yaşa) təsadüf edir.Bu qanunauyğunluq mərkəzi sinir sisteminin yeni psixi və fiziki gərginliyin artması ilə əlaqədar mərkəzi sinir sisteminin yeni tələbatlara uyğunlaşa bilməməsi ilə əlaqədardır.Minimal beyin disfunksiyasının kritik dövrü uşağın psixi nitq inkişafı dövrünə aiddir.Bu dövr 1-2 yaşı əhatə edir.Bu vaxt beyin qabığının nitq sahəsinin fəallaşması və nitq vərdişinin formalaşması aktivləşir.Əlverişsiz faktorların bu dövrdə təsiri nitq inkişafının ləngiməsinə səbəb olur.İkinci kritik dövr 3 yaşı əhatə edir.Bu dövrdə uşaqda fəal işlədilən söz ehtiyatı artır,frazalı nitq təkmilləşir,diqqət və yaddaş aktiv inkişaf edir.Psixi yükləmənin bu dövrdə artması davranışının tərslik,neqativizm,sözə baxmamaq şəklində pozulmasına həmçinin psixonitq inkişafdan qalmaya və nevrotik pozğunluqlara səbəb olur.Üçüncü kritik dövr 6-7 yaşı əhatə edir.Bu dövr yazılı nitqin inkişafın etdiyi dövrə təsadüf edir.Bu dövrdə uşaqlarda akademik vərdişlərin formalaşmasının pozğunluğu və davranış problemləri meydana çıxır və yüksək tezlikdə travmatizasiyaya səbəb olur.Psixoloji xarakterin çətinliyi vegetativ damar distoniyası şəklində psixosomatik pozğunluqla müşahidə olunur.
Müalicə nevropatoloq, psixoloq, loqoped, pediatr, ortoped və s. mütəxəssislərin nəzarəti ilə kompleks şəkildə aparılmalıdır. Belə uşaqlar hər gün eyni saatda yatmalı, eyni vaxtda oyanmalıdır.Televizor, kompüter qarşısında minimum vaxt keçirmək (sutkada 30 dəqiqəyə qədər), üzgüçülük,rəqs,gimnastika ilı məşğul olmaq, uşaqla taktil kantakt yaratmaq (masaj), lazım gəldikdə müvəffəqiyyətlərinə görə onu tərifləmək müsbət effekt verir.Kompleks yanaşmada pisixoloji-pedaqoji,psixo-terapevtik korreksiyadan Əlavə,medikamentoz müalicə də mühüm yer tutur.Simptomatik müalicədə nootroplar; beyin-qan dövranını yaxşılaşdıran,sakitləşdirən vasitələrdən istifadə olunur.

Mazanova Əminə
Narınc Uşaq Psxiologiya Mərkəzinin psixo-pedaqoqu

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });