Necə danışmalıyıq ki, uşağımız bizi dinləsin?

Pis vərdişlərin psixoterapiyası

Fərdin somatik və ruhi sağlamlığını, ailə,sosial və iş adaptasiyasını pozacaq dərəcədə təsir göstərən davranışlar pis vərdişlər olaraq dəyərləndirilir. Bu qrupa müxtəlif maddələrdən asılılıq, həmçinin televiziya və internet asılılığı da daxildir. Alkoqol, siqaret, maddə (narkotik maddələr) istifadəsi bu təsnifata aid edilir. Asılılıq maddə istifadəsi əsnasında ortaya çıxan və şəxsin əvvəldən dəyər verdiyi davranışlarından prioritet qazanan bir çox fizioloji, davranış və idrak dəyişiklikləri ilə müşahidə edilən bir vəziyyətdir. Maddə istifadəsinin sağlamlığa zərər verəcək şəkildə olması fiziki (inyeksiya edilən dərmanların səbəb olduğu hepatitlər kimi) və ya (ağır spirt istehlakının səbəb olduğu ikinci depressiv pozuntu dövrləri) ruhi ola bilər. Sakitləşdirən maddələr agitasiya və aktivliyin artmasına, narkotik maddələr sosial çəkilmə və daxilə dönük davranışlara səbəb olur. Bir sıra maddələr fərqli dozalarda fərqli təsir yaratma xüsusiyyətinə malikdir.
Asılılıqların terapiyasında konsultant tərəfindən mənfi tərəflər göstərilir, səbəb olan xəstəliklər bildirilir, illərdir problemi ilə bağlı yaratdığı müdafiə mexanimzləri qırılır, xəstəlik olaraq qəbul etdirilir. Nəticədə, pasiyent pis vərdişə çevrilən davranışını dəyişərək, yenidən cəmiyyətə adaptasiya olunur. Əgər psixoloji problemin fonunda somatik problem də müşahidə edilirsə, bu zaman yanaşı tibbi yardım da tövsiyə olunur.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });