Diqqət Əksikliyi və Hiperaktivlik Pozuntusunda (DƏHP) Neurofeedback terapiyasının tətbiqi

Diqqət Əksikliyi və Hiperaktivlik Pozuntusunda (DƏHP) Neurofeedback terapiyasının tətbiqi

Neurofeedback, diqqəti artıran məşqlər, beyin dalğalarının və onların amplitudlarının monitorinqi və əks əlaqə vasitəsilə insana beyin dalğaları üzərində nəzarəti əldə etməyə imkan verən bir üsuldur. Neurofeedback tətbiqi ilə bağlı ABŞ-da aparılan araşdırmalarda “Brain Aerobic” termini istifadə olunur.

Ürəyin elektrik fəaliyyətini müşahidə etmək üçün ürəyin EKQ (elektrokardioqrama) – sinin çəkildiyi kimi, beyin dalğalarının amplitudlarında dəyişikliklərə səbəb olan vəziyyətləri aşkar etmək və tənzimləmək üçün də Neurofeedback tətbiq edilir. Neurofeedback tətbiqində beynin elektrik aktivliyi və beyin dalğaları kompüter ekranında müşahidə edilə bilən hala gətirilir.

Neyrofeedback mütəxəssisi ekranda görünən şəxsin beyin dalğalarını izləyir, normadan kənara çıxan dəyərləri müəyyənləşdirir və terapiya üçün xüsusi bir iş protokolu təşkil edir. Neurofeedback terapiya seansı zamanı insana audio və vizual qıcıqlarla əks əlaqə verilir və o reaksiyalarını idarə etməyi öyrənir. Bu təcrübəni beynin velosiped sürməyi öyrənməsi ilə müqayisə etmək olar. Neurofeedback müəyyən protokolları tətbiq etməklə insanın diqqəti yayındırılmış və nəzarətdən kənar diqqət sisteminin daha səmərəli işləməsini təmin edir.

Neurofeedback dərmansız bir proqramdır. Adama kənardan elektrik, dərman və ya başqa bir maddə verilmir. Beyin dalğaları və beynin elektrik fəaliyyəti ekranda yalnız baş dərisinə yerləşdirilən elektrodlar vasitəsilə göstərilir.

Neurofeedback bir çox sahədə istifadə edilə bilən bir üsuldur.

Neurofeedback – ın ən çox yayılmış tətbiq sahələrindən biri Diqqət Əksikliyi və Hiperaktivlik Pozuntusudur. Neyrofeedback xüsusilə DƏHB olan, dərman müalicəsini üstün tutmayan, müxtəlif səbəblərdən dərman müalicəsini istifadə edə bilməyən və ya dərman müalicəsi bitmiş uşaq və yeniyetmələrdə tətbiq edilir.

Eyni zamanda ürək xəstəlikləri, epilepsiya və s. kimi diqqəti yayındıran dərmanların istifadəsinin riskli olduğu hallarda ilk seçim olaraq Neurofeedback Proqramının seçilməsi məqsədəuyğundur.

Diqqət Əksikliyi və Hiperaktivlik Pozuntusunda beynin elektrik fəaliyyətlərində fərqliliklər olur, buna çox vaxt “kortikal yavaşlama” deyilir. Bu insanlarda beynin frontal bölgəsi olan prefrontal korteksdə aşağı tezlikli Teta dalğalarının amplitudalarının artması və yüksək tezlikli Beta dalğalarının amplitudalarının azalması müşahidə edilir. Neyrofeedback zamanı tətbiq olunan protokollar beyindəki Teta və Beta dalğalarının amplitudlarının normal dəyərlərə çatmasını təmin edir.

Diqqət dağınıq olduqda beyində teta dalğaları artır. Beta dalğaları konsentrasiya və diqqətin cəmlənməsi ilə əlaqələndirilir. Diqqət Əksikliyi və Hiperaktivlik Pozuntusu olan insanlarda beynin Teta dalğasının amplitudları normal dəyərlərdən yüksəkdir və Beta dalğasını amplitudları normal dəyərlərdən aşağıdır.

DƏHB olan fərdlərin beyin dalğalarında artan Teta/Beta nisbəti var. Bu, öz növbəsində, aşağı sayıqlıq və fokuslanma problemləri ilə əlaqələndirilir. Neyrofeedback seanslarında yalnız Teta dalğalarının amplitudunu azaltmaq üçün protokollar, həmçinin iki ayrı dalğa uzunluğuna təsir edəcək və Teta/Beta nisbətini azaldacaq protokollar tətbiq oluna bilər. Neyroterapist hər seans üçün fərdiləşdirilmiş protokol seçir və onun tətbiq olunmasını təmin edir.

Əlizadə Gülşən
NPM-ın neurofeedback üzrə mütəxəssisi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });