İşləyən analar

İşləyən analar

Həyat şərtlərinin dəyişməsi, qadının cəmiyyət içərisində rolu,maddi vəziyyət və s. bəzən ana olduqdan bir neçə ay sonra işə çıxmağı tələb edir.

Hər dəfə ədəbiyyatlara fərqli sindromlar əlavə olunur. Bunlardan biridə İşləyən ana sindromudur.

Doğumdan əvvəl iş həyatı olan qadınlar doğumdan sonra bir müddət evdə qalmalı və körpələri ilə yeni həyata uyğunlaşmalıdırlar. İşə çıxmaq doğum depressiyasından daha tez çıxmağa kömək edir, lakin bu zaman qadın özünü günahkar hiss etməyə başlayır və vicdan əzabı çəkir.

Daha əvvəl iş həyatında olmayan bir qadın işə başladıqda yenə eyni vicdan əzabını keçirir.

Əslində  ananın işləməsi uşağa mənfi təsir etmir. Burada ən önəmlisi ana ilə uşağın bütün gün ərzində bir yerdə olmağı deyil, bir yerdə olduqları müddəti daha səmərəli keçirmələridir.

Anaların həm iş həyatını, həmdə uşaqlara ayıracaq zamanını düzgün planlaması mümkündür.

Bir ananın iş həyatına geri dönməsi uşağını atması demək deyil. İşə çıxmağı bu aspektdən qiymətləndirməyin.

Ən önəmli an səhər işə getdiyiniz andı. Onu xüsusi təntənə ilə keçirməyin.

Uşaq yatanda və ya evdə başqa bir adamın onu başını qatan zaman evdən çıxmağa cəht etməyin.Bu uşaqda sizə qarşı güvənsizlik yaradacaq.

İşə gedərkən “getmək nəcburiyyətindəyəm”, ”işə getməsəm sənə yemək ala bilmərəm”, ”məcbur olmasam getmərəm ”kimi cümlələr qurmayın. Bu uşağı həyəcanlandıra bilər.

Anası işə gedən uşaq əslində-anam olmasa mənə kim baxacaq,yemək verəcək və mənimlə oynayacaq suallarının cavabını axtarar. Bu suallara uşaq soruşmasa belə siz mütləq cavab verin.

-Mən işdə olduğum müddətdə sənə nənə,dayə,xala və s. baxacaq. İşim bitən kimi mən evə gələcəm.

Övladınızı qucaqlayın və onu öpün. Amma bu qucaqlama çox möhkəm, yəni uzun müddətli ayrılıq təsuratı yaradacaq qədər güclü olmasın. Qətiyyən bir neçə addım gedəndən sonra geri dönüb uşağı təkrar qucaqlayıb öpməyin. Bu davranışlarınız uşaqda-deyəsən anam geri gəlməyəcək-düşüncəsini yaradacaq və uşaq hər dəfə sizin arxanızca ağlayacaq.

Hər axşam evə gəldikdə isə uşağa hədiyyə almayın. Bunu həftədə iki dəfə maddi dəyəri az olan əşyalar ilə etsəz daha yaxşı olar. Hər gün uşağa nəyinisə alınması onu doyumsuz və hər şeydən həzz almayan birinə çevirə bilər. Hər gün nəsə alınan uşağa bir neçə gün heçnə alınmasa ağlamaları artar və bu aqressiyayada çevrilə bilər.

İşdən evə gələn kimi yatana qədər bütün saatlarınızı uşaqla keçirmək məcburiyyətində deyilsiz. Onunla keçirdiyiniz vaxtın nə qədər səmərəli olması önəmlidir.

Bütün gün işdə oluram uşağım nə istəyir alacam deməyin. Sonradan sizin YOXLARINIZIN heç bir mənası qalmayacaq. Sizin bu hallarınızı görən uşaq istədiklərini etdirmək üçün daha çox və hönkürtü ilə ağlayacaq, hətta özünü qusturada bilər.

Uşaqlar çox az müddətdən sonra analarının işlədiklərinə öyrəşirlər. Ən əsası buna siz öyrəşin və vicdan əzabı çəkməyin.

Narınc Psixologiya Mərkəzinin Gənclik filialının psixoloqu
Rzayeva Turanə

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });