Təhsil Nazirliyi tərəfindən təsdiqlənən, Türkiyədən rəsmi sertifikatlı “Ailə Psixoterapiyası üzrə İxtisaslaşma" kursu İlk dəfə Psixologiya Elmi-Tədqiqat İnstitutunda həyata keçirildi.

Təhsil Nazirliyi tərəfindən təsdiqlənən, Türkiyədən rəsmi sertifikatlı “Ailə Psixoterapiyası üzrə İxtisaslaşma” kursu İlk dəfə Psixologiya Elmi-Tədqiqat İnstitutunda həyata keçirildi.

Azərbaycanda ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən təsdiqlənən, Türkiyədən rəsmi sertifikatlı psixoloqların ixtisasartırma kursunu Psixologiya Elmi-Tədqiqat İnstitutu həyata keçirtdi. Yıldız Teknik Universitetinin rektoru Prof. Dr. Tamer Yılmaz və Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov arasında memorandom imzalanmışdır.

Ümumilikdə “Ailə Psixoterapiyası üzrə İxtisaslaşma kursu” 450 saatlıq tədris proqramı 6 ay müddətində Yıldız Teknik Universitetinin professor və dosent heyəti və yerli mütəxəssislər tərəfindən online və canlı olaraq həyata keçirilmişdir. Kursun məqsədi Dinləyicilərdə ailə psixoterapiyası haqqında zəngin psixoloji, hüquqi və tibbi nəzəri biliklərlə yanaşı, praktik istiqmətdə bacarıq və vərdişləri formalaşdırılmaqla peşəkar ailə psixoterapevtləri yetişdirməkdir. Proqramda yalnız psixologiya, sosiologiya, sosial iş, təhsildə sosial-psixoloji xidmət, korreksiyaedici təlim ixtisasını bitirmiş və ya təhsili davam edən (3-cü və 4-cü kurs tələbələri) şəxslər, həkimlər və rezidentura tələbələri iştirak etmişlər.

6 ay davam edən “Ailə Psixoterapiyası üzrə İxtisaslaşma kursu” nda aşağıda adları qeyd olunan Yıldız Teknik Universitetinin professor-müəllim heyəti, bir-birindən dəyərli mütəxəssislər dərs demişdir:

  • Prof. Dr. Yavuz ERİŞEN
  • Doç. Dr. Bülent ALCI
  • Prof. Dr. Ali ERYILMAZ
  • Doç. Dr. Özkan SAPSAĞLAM
  • Dr. Öğretim Üyesi Seher Merve ERUS
  • Uzm. Psk. Dan/Arş. Gör. Ceren BEKTAŞ AYDIN
  • Prof. Dr. M. Engin DENİZ
  • Dr. Öğretim Üyesi Sema AYDIN
  • Dr. Öğr. Üyesi Hasan Ali Kaplan

Kurs daxilində aşağıdakı mövzular tədris olunub:

📍Ailə Təhsili;
📍Ailə Təliminin Tədris Problemləri;
📍Pozitiv Psixologiya;
📍Psixopatologiya;
📍Ailə Psixoterapiyası Nəzəriyyələri;
📍Ailə Sağlamlığı;
📍Uşaqda Davranış Pozuntuları;
📍Valideyn Bacarıqları;
📍Xüsusi qayğıya ehtiyacı olan uşağı olan ailələr;
📍Psixoloji Konsultasiya Prinsipləri və Texnikaları;
📍Koqnitiv-Bihevioral Ailə Psixoterapiyası;
📍Həll Mərkəzli Ailə Psixoterapiyası;
📍Ailə Psixoterapiyası Prosesi;
📍Ailə Psixoterapiyasında Superviziya;
📍Ailə Hüququ;
📍Uşaq Hüquqları və Qanunu;
📍 Ailədə etinasızlıq, istismar və travma;
📍Psixoloji Testlər;
📍Psixoloji Konsultasiya Nəzəriyyələri;
📍İnterpersonal (şəxsiyyətlərarası) münasibətlər və ünsiyyət;
📍Sosial Bacarıq təlimi;
📍 Superviziya və keys analizləri.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });