“RASİONAL EMOSİONAL & KOQNİTİV DAVRANIŞ TERAPİYASI” kursu İlk dəfə Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcək

“RASİONAL EMOSİONAL & KOQNİTİV DAVRANIŞ TERAPİYASI” kursu İlk dəfə Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcək

Azərbaycanda ilk dəfə Albert Ellis, Rasional Psixologiya İnstitutu və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində yaradılan “CBT Məktəbi” Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəznində fəaliyyət göstərir.
CBT Məktəbi “RASİONAL EMOSİONAL & KOQNİTİV DAVRANIŞ TERAPİYASI” kursunu həyata keçirəcəkdir. Ümumilikdə dərslər 12 saatlıq modul, 120 kurs həm canlı və həm də onlayn şəkildə təşkil olunacaq. Albert Ellis İnstitutu və Rasional Psixologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində keçirilən kursda müəllimlər Dr. Kristene Doyle, Dos. Dr. Murat Artıran, Uzman psixoloq Mehmet Artıran, Professor Zeynep Karataş və Dr. Ezgi Ildırım olacaq. 

Kurs daxilində aşağıda göstərilən mövzular tədris ediləcəkdir:

ABC modeli
Beck istiqamətli terapiya, düşüncə xətaları
Uşaqların inkişafı
Obsesiv kompulsiv pozuntu və terapiyası
Post-travmatik stress və terapiyası
İnternet asılılığı və terapiyası
Yemə pozuntuları və terapiyası
Depressiya və terapiyası
Anxiety və terapiyası
Diqqət əskikliyi və hiperaktivlik və terapiyası
Əsəb kontrol problemi və terapiyası

Sonda iştirakçılara :
• Rasional Psixologiya İnstitutu – Albert Eillis İnstitutu Türkiyə mərkəzinin 120 saatlıq İlkin tətbiqi sertifikatı;
• 9 kreditli Amerika Psixologiya Assossasiyası (APA) tərəfindən alınmış Albert Eillis İnstitutunun sertifikatı;
• Psixologiya Elmi-Tədqiqat İnstitutu sertifikatı təqdim ediləcəkdir.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!