Uşaqlarda yaddaş problemi

“Uşaqlarda yaddaş problemi”

Valideynləri narahat edən problemlərdən biri də uşaqlarda yaddaş zəifliyi ilə bağlıdır. Onlardan psixoloqlara tez-tez belə şikayətlər olur: “Övladımın yaddaşında heç nə qalmır, nəsə bir tapşırıq veriləndə belə onu tez unudur? Bu yaddaş zəifliyi nədən yaranır və onu necə aradan qaldıra bilərik?”

Əvvəlcə onu qeyd etmək lazımdır ki, diqqət və hafizə ən vacib idrak proseslərimizdən biridir. Həm də, yeganə idrak proseslərimizdir ki, onlar bir-biri ilə düz mütənasibdir. Yəni diqqət yayınıq olduqda, yaddaş da daha zəif olur. Belə ki, diqqət əskikliyi olan uşaqlarda yaddaş problemi, yaddaşsızlıq qeyri-ixtiyari olaraq yaranır. Belə uşaqlar sevdikləri şeyləri məsələn, bu hər hansı oyuncaqları, cizgi film personajları və s. ola bilər ki, daha çox yadda saxlayırlar. Ancaq hər hansı bir tapşırığı, dərsi öyrənib yadda saxlamaqda çətinlik çəkə bilərlər. Çünki onların ixtiyari diqqəti və hafizəsi var,yəni bunları özülərinin istəklərinə uyğun kontrol edirlər. Dərslərin isə müəyyən öyrənmə çətinliyi və yükü olduğu üçün, xüsusən qeyd etmək olar ki, əyləncəli keçməyən dərslər kiçik yaşlı uşaqların məktəbə, dərsə diqqət yönəltməsində çətinliklərin yaranmasına səbəb olur. Cizgi film isə daha rəngarəng, hərəkətli və zövqverici olduğu üçün uşaq onu yaddaşında saxlamağa daha çox can atır. Ona görə də, valideynlər yaxşı olar ki, dərsi, oxuyacağı nağıl kitabını və s. daha əyləncəli,uşaqların diqqətini çəkəcəyi hala gətirsinlər.Belə olan halda uşaqlar digər şeylər kimi dərsi yadda saxlamağa və tapşırıqları vaxtında yerinə yetirməyə can atacaqlar.

Qeyd etdiyimiz kimi, diqqət və hafizə düz mütənasib olduğu üçün uşağın yaddaşında zəiflik varsa demək, diqqətində də problem var. Yaddaş zəifliyini yaradan səbəblər arasında qidalanma, həyat şəraiti, nevroloji problemlər və s. önəmli faktorlar sırasındadır. Ancaq psixoloji olaraq yaddaş gimnastikaları, yaddaşla bağlı tapşırıqlar etmək də faydalıdır.Bunun üçün valideyn, həm də, yaxşı müşahidəçi olmalı və övladının daha çox necə və hansı formada hadisələri yadda saxladığını bilməlidir. Burda da nəyisə yadda saxlamaq əlamətinə görə uşaqlar bir neçə tipə bölünür:

1) vizual uşaqlar

2) kinestetik uşaqlar

3) audial uşaqlar

Vizual uşaqlar daha çox görünüşə,vizual olaraq vurğulara önəm verir və yaddışında nəyisə bu şəkildə saxlayır,görərək əzbərləyir. Kinestetik uşaqlar üçün bağlılıq duyğusu çox önəmlidir, beləki, onlar əşyalara toxunaraq , hiss edərək öyrənə bilirlər.Həmçinin onlar konfort, olduqları mühitin şəraiti və s. buna da diqqət edirər. Uşağın dərs oxuyacağı yer az əşya olan, daha az səs olan mühit olmalıdır. Audiol uşaqlar isə səsli şəkildə oxumasalar, dərsi və ya başqa nəyisə sakit şəkildə oxusalar diqqətləri dağılır və heç nəyi yadılarında saxlaya bilmirlər.

Ümumiyyətlə vurğulamaq lazımdır ki, bu kimi hallar vaxtında aşkarlanmalı və peşəkar mütəxəssis dəstəyi ilə aradan qaldırılmalıdır.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });