“Qədəh (dilaltı pərdə) nədir? və nitqin inkişafına necə təsir edir?”

 Narınc Uşaq Psixologiya Mərkəzinin Gənclik filialının Defektoloq-Loqopedi Arzu Bayramsoy narınc.az saytına Qədəh (dilaltı pərdə) nədir? Və nitqin inkişafına necə təsir edir?  mövzusu haqqında müsahibə verib. Arzu xanım, “Valideynlər bu hallarda nələrə diqqət etməlidir?” “Bu problemin həllində hansı yollardan istifadə edilməlidir?” kimi tez-tez ünvanlanan suallara cavab verib. Həmin müsahibəni sizlərə təqdim edirik.

“Valideynləri narahat edən və mütəmadi olaraq sual ünvanlanan problemlərdən biri də, qədəh (dilaltı pərdə)  problemidir. Suallar ünvanlanır ki,: “Uşağımda qədəh var ona görə danışmır? Qədəhi kəsdirən kimi danışmağa başlayacaq?” “Qədəh kəsilsə danışacaq və loqopedə ehtiyac qalmıyacaq?”

 Əziz valideynlər, ilk öncə bildirmək istəyirəm ki, dilaltı qədəh sizin uşağınızın danışmasına maneə yaratmır. Sizin uşaqda dilaltı qədəh olsa da, olmasa da o danışmalıdır. Normal nitq inkişafı getməlidir. Sadəcə danışmağa başladıqdan sonra müəyyən səsləri (hərfləri) düzgün deməyə bilər. Bu zaman isə yoxlanılır və loqoped tərəfindən cərraha göndərilir. Əgər ehtiyac varsa, qısa və ya qalın qədəhdirsə kəsilir, uzun qədəhdirsə loqoped tərəfindən gimnastikalarla və loqopedik masajlarla korreksiya olunur. Əgər uşağınız danışmırsa və qədəhi varsa, bu zaman mütləq mütəxəssisə müraciət edin, danışmamasının səbəbi araşdırılsın.

 Qədəh ya 1 yaşa qədər (döş əmdiyi üçün), ya da 5 yaşdan sonra (samitlər formalaşdığı üçün) kəsilməlidir. Əgər uşağınız ağzı açıq gülümsəyərək T, L, N səslərini tələffüz edə bilirsə demək yüngül dərəcəli qədəhdir. Bu halda narahat olmağa ehtiyac yoxdur, belə ki, həmin uşaqlarla əməliyyatsız loqopedik iş aparıla bilər.”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });