Seyidzadə İlkin Təbriz oğlu 1990-cı ildə Qəbələ rayonunda anadan olmuşdur. Qazimiz 2009-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir. İkinci Qarabağ müharibəsinin iştirakçısı olan qazimiz döyüş əməliyyatlarını böyük şücaətlə yerinə yetirmiş və Cəbrayılın, Füzulinin azad edilməsində iştirak etmişdir. İlkin Seyidzadə növbəti döyüş tapşırığını yerinə yetirərkən, Xocavənd rayonu istiqamətində ağır yaralanmışdır.
Qazimiz övladı Yusif üçün mərkəzimizə müraciət edib. Yusif balamızın exolalik nitqi var, yəni deyilənləri təkrar edir. Bundan başqa Yusif balada hiperaktivlik sindromu, diqqət əskikliyi müşahidə edilir. Yusif balanın həm nitq, həm də psixi inkişafında geriləmələr var. Balamızın 6 yaşı olacaq, ancaq göstəriciləri 4 yaş səviyyəsindədir, belə ki, onda iki illik bir geriləmə var. Bu problemlərinə görə də atası mərkəzimizə üz tutmuşdur.
Biz də mərkəzimizdə balamıza psixoloji terapiya ilə yanaşı aparat terapiyası da tətbiq edəcəyik. Həmçinin nitqi aydın olmadığı üçün loqopedik dəstək də göstəriləcəkdir. Belə ki, Yusif balamızın tezliklə bu problemlərindən azad olması üçün əlimizdən gələn bütün dəstəyi göstərəcəyik. Uğurlu nəticəmizi tezliklə bölüşəcəyik!