Elcan balamızın anası övladının problrmlərinə görə mərkəzimizə müraciət etdi. Belə ki, Elcan balamız həm Daun sindromludur, həm də, nitqində problem var. Həmçinin aqressivliyi, daxili gərginliyi də var. Nitqi demək olar ki, yoxdur, danışa bilmir. Eyni zamanda balamızda hiperaktivlik də var. Həmçinin Elcan balada diqqət əskikliyi və davranış pozuntusu da müşahidə edilir.
Bütün bu problemlərə görə, Elcan balanın anası mərkəzimizə üz tutmuşdur. Elcan balaya kompleks terapiya tətbiq olunacaq. Biz də Narınc Psixologiya Mərkəzi olaraq Elcan balanın tezliklə problemlərindən qurtulması üçün əlimizdən gələn bütün dəstəyi göstərəcəyik!
Oxunub: 263