Gələcək nəsil üçün daha faydalı, daha xoşbəxt bir uşaq böyütməyi hansı valideyn istəməz ki??? Bəs bunu necə bacara bilərsiniz?
Məsələn, əvvəlcə uşaqlar kiçik yaşdaykən onları təbiət ilə tanış etməkdə fayda var. Daha körpəykən alış veriş mərkəzlərinə getmək yerinə meşəyə, dəniz kənarına getməyin faydası var ki, zərəri yoxdur.
Uşaqların oyuncaqlarını seçərkən plastik olanlar yerinə taxta oyuncaqları seçmənizi təklif edərik. Bu sayədə uşağınız daha az toksik maddə ilə qarşılaşmış olacaq. Həm də taxtaya toxunmaq onun duyğu orqanlarını daha çox işlədəcək.
Uşağınızla birlikdə evdəki tullantılarınızı təhlil edin. Evin uyğun bir küncünə yerləştirəcəyiniz bir qutu, plastik və kağız tullantılarınızı toplamaya çatacaq. Hətta bu qutunun məsuliyyətini uşağınıza verə bilərsiniz. Dolunca boşaldılmasını təmin etmək, kağızları ona atmaq uşağınızın məsuliyyətində ola bilər.