Uşaqlıq xatirələrimin çox az bir qismini aldığım hədiyələr təşkil edir. Mavi bir velosipedimin olduğu günü xatırlayıram. Hə, birdə heç vaxt xatirəmdən silinməyən, həmişə xatirladıqca üzümdə təbəssüm yaradan o qırmızı top. Düzü, heç o topuda kim aldığını, nə səbəblə aldığınıda xatırlamıram. Xatırladığım isə o topla sevdiyim insanlarla birlikdə keçirdiyim əvəzsiz zamandır. Bunlardan başqa hədiyələrlə bağlı heç bir xatirəm yoxdur. Bu da məni düşünməyə vadar elədi… Uşaqlarımıza heç vaxt unutmayacağı hansı hədiyələri verə bilərik? Hansı hədiyələr uşaqlarımızın həyatına müsbət yöndə təsir edə bilər?
Bəli, uşaqlarımızın heç vaxt unutmayacağı en gözəl 8 hədiyə
- Zaman: Uşaqlarınıza verə biləcəyiviz ən gözəl hədiyə onlarla keçirdiyiniz zamandır. Zaman heç bir vaxt geri ala bilməyəcəyiniz bir hədiyədir. Zamanıvızı kimə xərclədiyivizə çox diqqət edin.
- Qucaqla və öp: Bir dəfə bir atanın 7 yaşlı oğlu üçün “Artıq yekə kişidir, öpmək nədir?” dediyini eşitmişdim. Bunu hər düşünəndə qəlbim sızıldayır. Uşaqlarınıza sevginizi fiziki olaraq göstərməyiniz üçün onlar heç vaxt böyük deyillər.
- Birlikdə yemək yemək: birlikdə yemək yemək münasibətləriniz üçün başqa heç bir yerdə tapa bilməyəcəyiniz möhtəşəm bir fürsətdir. Unutmayın, birlikdə yemək yeməyən bir ailə birlikdə böyüyə bilməz.
- Gülün: uşaqlarınızla hər gün gülün. Həm öz sağlamlığıvız üçün həmdə onların sağlamlığıvız üçün.
- Cəsarət: uşaqlarınızı böyük xəyallar qurması üçün cəsarətləndirin. Bunun nəticəsi olaraq uşaqlarınız düşündüklərinizin çox daha artığını əldə edəcəklər.
- Təbiət: təbiət qoynunda vaxt keçirən uşaqlar böyüdükdə təbiəti qoruyan bir gənc olurlar. Uşaqlarımıza tez tez “Otağıvı təmiz saxla, əşyalarıvı səliqəli isdifadə et” deyirik. Bəs onlara qoynunda bizi bəsləyən təbiəti qorumaq lazım olduğunu demək borcumuz deyilmi?
- Fürsətlər: uşaqlarınızın nəyi sevdiklərinə, hansı məsələdə daha yaxşı olduqlarını bilmək üçün onlara fürsətlər verin.
- Maraq: uşaqlarınıza kim, nə, harada, necə, nə üçün suallarını verməyi öyrədin. “Çox sual verdin, bəsdi artıq” kimi sözlər deyilməməlidir.
Oxunub: 920